Türkiyə sərhədləri Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyinə görə bağlayıb
19.02.2010 [09:45]
D.Baykal Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üçün Ermənistan tərəfindən hər hansı bir iradə görmədiyini də bildirib: “İsveçrədə toplantılar keçirildi, “tarixi fürsət yaranıb” dedilər. Protokollar imzalandı və yola çıxdılar. Biz “belə etməyin, Azərbaycanı küsdürəcəksiniz, Azərbaycan sizin düşündüyünüzdən daha önəmlidir, Azərbaycan torpaqlarının işğalını legitimləşdirəcəksiniz”-deyə xəbərdarlıq etdik, işğala son qoyulmadan protokolların təsdiqlənməsinə imkan verməyəcəyimizi söylədik. Azərbaycan da çox şiddətli reaksiya göstərdi. Bundan sonra, Baş nazir Azərbaycana getdi və “işğala son qoyulmadan sərhədi açmarıq” dedi. Protokollarda çox şeyin olduğunu bildirdilər. “Ermənistan bizim sərhədlərimizi tanımırdı, bundan vaz keçir, soyqırım məsələsində mövqeyini yumşaldır” dedilər. Amma bunları görmədik”.
D.Baykal Türkiyə-Ermənistan yaxınlaşmasının dalana dirəndiyini vurğulayıb: “24 aprel gəlir. Türkiyə yenə sıxışdırılacaq. Bu hökumətin “sıfır problem” siyasətinin Ermənistanla bağlı nəticəsi tam bir fiaskodur. Heç nə əldə edilmədi, amma çox şey itirildi. Azərbaycanın dostluğu itirildi. “Sıfır problem” deyirdilər, Ermənistanla problemləri həll edə bilmədilər, üstəlik, Azərbaycanla problem yaratdılar”.
Əslində, imzalanan gündən birmənalı qarşılanmayan Ermənistan-Türkiyə razılaşmasının nə ilə nəticələnəcəyini zaman göstərəcək. D.Baykalın da qeyd etdiyi kimi, sərhədlər Ermənistanın Dağlıq Qarabağı işğal etməsi səbəbilə bağlanıbsa, məntiqlə sərhədlərin açılması da işğal faktının sona çatması ilə müşayiət olunmalıdır. Bu məqam Türkiyə rəsmiləri tərəfindən dəfələrlə səsləndirilsə də, Ermənistan tərəfi hələlik sözügedən tələbi yerinə yetirmək istəmir. Bu arada bəzi ekspertlər Ermənistanın beynəlxalq təzyiq vasitəsilə Türkiyəni qondarma “soyqırımı”nın qondarma “ildönümünə” qədər sərhədləri açmağa məcbur edəcəyinə dair ehtimallar səsləndirirlər. Hələlik isə həm Türkiyə, həm də Azərbaycan cəmiyyəti hadisələrin gedişini izləyir. Türkiyə hakimiyyəti isə məhz yuxarıda qeyd edildiyi kimi, bu məsələnin Azərbaycan tərəfindən olduqca həssas qarşılandığını bilir. Elə bu səbəbdən də, Türkiyənin qardaş ölkə kimi Azərbaycanın maraqlarını Ermənistanın işğalçı rejiminə qurban verəcəyini düşünmək çətindir.
Digər tərəfdən, Azərbaycan hökuməti hər zaman qətiyyətlə vurğulayıb ki, ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün vasitələrdən istifadə etməyə hazırdır. O baxımdan, Türkiyənin sərhədləri açması belə hər şeyin sonu kimi dəyərləndirilə bilməz.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22

