Ermənistan ordusunda itkilərin artması əhali arasında böyük təşviş yaradır
08.01.2019 [09:52]
Ekspertlər qeyd edirlər ki, ötən il N.Paşinyan hakimiyyəti ələ keçirsə də, orduda heç bir keyfiyyət dəyişikliyi baş verməyib
İşğalçı Ermənistan ordusunun acınacaqlı vəziyyətdə olması barədə Ermənistan mətbuatında vaxtaşırı yer alan məlumatlara rəsmi statistikanın verdiyi faktların əlavə olunması cəmiyyətdə ciddi etirazlara gətirib çıxarır. Belə ki, 2018-ci il yanvarın 1-dən noyabrın 10-na qədərki dövrdə Ermənistan ordusunda itkilərin sayı 39 nəfəri keçib.
Ermənistanın “tert.am” saytının məlumatına əsasən, 2018-ci ildə ölən erməni əsgərlərin cəmi 18 faizi cəbhə bölgəsində aldığı güllə yarasından dünyasını dəyişənlərdir. 32 nəfər isə (82%) Ermənistan ordusunda hökm sürən özbaşınalıqlardan, bədbəxt hadisələrdən və digər müxtəlif səbəblərdən ölüb. Bu ölümlərlə bağlı istintaq işləri davam etsə də, 32 əsgərin qəza, intihar və digər səbəblərdən ölməsi cəmiyyətdə böyük təşviş yaradır.
Ermənistan mətbuatı bu statistik mənzərəni “fəlakət” kimi dəyərləndirir. Ermənilər yazır ki, bu itkilərin əksəriyyətinin erməni ordusunda nizamnamədənkənar münasibətlərin nəticəsi olaraq baş verməsi böyük narazılıq yaradır.
Ekspertlərin fikrincə, bu vəziyyət işğalçı ordunun başında dayanan məsul şəxslərin cavabdehlikdən qaçmalarına görə yaranır. Onlar sual edirlər ki, müharibə şəraitində olan bir ölkənin ordusunda intihar və bir-birini güllələmə hallarının döyüş itkilərinin sayı ilə müqayisədə beş dəfə çox olmasını necə izah etmək olar?
Erməni mətbuatı ordudakı bu vəziyyəti rejim dəyişsə də, işğalçı ordu rəhbərliyində elə bir ciddi dəyişikliyin olmaması, 8 ay bundan əvvələ qədər tüğyan edən korrupsiyanın və zabitlərin özbaşınalığının indi də davam etməsi ilə əlaqələndirirlər. Yəni faktiki olaraq nəzarətsizlik, ictimai nəzarət mexanizmlərinin tətbiq olunmaması nəticəsində əsgər itkiləri baş verir. Üstəlik, ordu əslində parlamentin və cəmiyyətin nəzarətindən kənarda qalıb. Ordu haqqında danışmağın və ya ordunu tənqid etməyin qadağan olunması da işğalçı erməni ordusundakı zabitlərin və digər hərbi qulluqçuların cinayət törətmələrinə və əsgərləri intihara sövq etmələrinə şərait yaradır.
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ordu rəhbərliyində dəyişiklik olmaması, N.Paşinyanın həm işğal olunmuş Azərbaycan ərazilərində, həm də Ermənistanda yerləşən hərbi hissələrdə tam nəzarətə malik olmamasını hüquq müdafiəçisi Janna Aleksanyan da təsdiqləyib. Onun sözlərinə görə, o, əsasən qapalı təşkilatlarda insan hüquqlarının vəziyyətini öyrənir və hakimiyyətin dəyişməsindən bu günə qədər bu sahələrdə heç bir dəyişiklik baş verməyib: “Orduda David Tonoyandan (indiki müdafiə naziri) başqa, heç bir dəyişiklik baş verməyib. Ölümlər davam edir, bu halların istintaqı əvvəlki qaydada aparılır, istintaq prosesi qənaətbəxş deyil, nəticələr açıqlanmır. Ordudakı cinayətlər cəzasız qalmaqda davam edir. İnsan hüquqlarının qorunması sahəsində də elə bir ciddi nailiyyət görməmişəm”.
Hazırda işğalçı ordudakı acınacaqlı vəziyyətlə bağlı ittihamlar birbaşa N.Paşinyana ünvanlanır. Çünki o, hakimiyyəti ələ keçirəndən sonra, demək olar ki, bütün çıxışlarında bu mövzuya toxunsa da, silahlı qüvvələrdə heç bir ciddi keyfiyyət dəyişiklikləri müşahidə olunmayıb. Ekspretlər qeyd edirlər ki, Ermənistan əhalisi isə orduda ciddi islahatlar aparılmasını tələb edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34

