Erməni mediası Nikol Paşinyan və komandasını ifşa edir
18.12.2018 [10:02]
Həmin yazılarda yeni hökumətin siyasətinin yalnız bəzi marginal qrupların və xarici ölkələrlə əlaqəli şəxslərin planlarını həyata keçirməyə hesablandığı xüsusi vurğulanır
Ermənistanda əhali yeni hakimiyyətin hansı proqram və məqsədlər həyata keçirəcəyini gözlədiyi bir vaxtda bir sıra erməni media orqanları Nikol Paşinyanın siyasətinin yaxşı heç nə vəd etmədiyini qabardır. Qeyd olunur ki, N.Paşinyanın son 7 ay ərzində atdığı addımlardan fərqli siyasət həyata keçirəcəyinə artıq heç kim inanmır. N.Paşinyanın işğalçı dövləti hansı səmtə aparacağı barədə suallar onun hökumətindəki kadrların keçmişdəki və indiki fəaliyyətləri fonunda daha da çoxalır. Buna görə də N.Paşinyana qarşı media orqanlarında çoxsaylı tənqidlərə rast gəlmək olur.
Məsələn, bu günlərdə “Çıxış” blokunun nümayəndəsi, N.Paşinyanın ən yaxın silahdaşlarından biri, yeni parlamentin spikeri və ya vitse-spikeri vəzifəsinə namizədlərdən biri olan Alen Simonyanın 2017-ci ildə irəli sürdüyü proqram ortaya çıxarılıb. “qolosarmenii.am” saytı yazır ki, sən demə, N.Paşinyanın ən üzdə olan kadrlarından olan A.Simonyanın proqramında Ermənistan üçün reallaşdırılmasının vacib olduğu məsələlər sırasında ilk növbədə narkotiklərin, pornoqrafik materialların istehsalı və yayılması, eyni cinsdən olanların nikahının qanuniləşdirilməsi də var. Adıçəkilən sayt onun bu qəbildən olan planlarının reallaşdırılmasının “ailə” məfhumunun dağıdılmasına hesablandığını qeyd edir. Həmin yazıda yeni hökumətin siyasətinin yalnız hansısa marginal qrupların və xarici ölkələrlə əlaqəli şəxslərin planlarını həyata keçirməyə hesablandığı barədə qeydlər də yer alır.
“Aysor.am” saytı isə yazır ki, N.Paşinyan hakimiyyəti homoseksualların qarşısında götürdüyü öhdəliyi yerinə yetirmək üçün daha bir addım atıb. Belə ki, bundan sonra Ermənistandakı homoseksuallar rahatlıqla kişi adlarını qadın adı ilə əvəz edə biləcəklər. “Jamanak” qəzeti də N.Paşinyanın blokundan namizədlərdən biri Sergey Movsesyanın Əştərəkdə fəaliyyət göstərən gecə klubunun meneceri olduğunu yazaraq N.Paşinyanın kadr seçimindəki mənfi xüsusiyyətlərini qabartmağa çalışıb.
“Pandukht.livejournal.com” saytı isə “Məğlubiyyətin anatomiyası” sərlövhəli yazıda N.Paşinyanın avtobioqrafiyasına diqqət yetirərək onu kəskin tənqid edib.
Ermənistanda sosial-iqtisadi vəziyyət isə acınacaqlı olaraq qalır. N.Paşinyanın özü də etiraf edib ki, gələcək beş il ərzində işğalçı ordunun hərbi qulluqçularının sosial-məişət şəraitini yaxşılaşdırmaq üçün 2,5 milyard dollar lazımdır. Hökumətin iclasında çıxış edən N.Paşinyan bu məbləğin tapılmasının vacibliyindən danışıb. Bu isə qeyri-mümkündür, çünki işğalçılıq siyasəti ilə özünü təcrid vəziyyətinə salan Ermənistan əhalini istehsaldan əldə edilən gəlirlə yox, xaricdən yığılan ianələr hesabına güclə dolandırır.
“Hraparak” qəzeti yazır ki, 2018-ci ilin sonunda N.Paşinyan üçün çətin günlər yaxınlaşır. Qəzet həyəcan təbili çalır ki, Rusiyanın Ermənistana ucuz qaz satışı ilə bağlı müqavilənin müddəti ilin sonuna qədər başa çatacaq. Vurğulanır ki, Ermənistan və Rusiya arasındakı münasibətlərin gərginləşməsi, 8 aydır baş nazir olan Nikol Paşinyanın hələ rəsmi olaraq Rusiyaya dəvət olunmaması rus qazının qiyməti ilə bağlı problemi daha da çətinləşdirib.
Göründüyü kimi, hazırda Ermənistanda baş verənlərin fonunda erməni mediasında Nikol Paşinyan və komandası ifşa olunur, yeni hökuməti çətin günlər gözlədiyi bildirilir. Yeni hökumətin işğalçı dövlətə əvvəlki terrorçu rejimdən daha çox zərbə vurduğu barədə erməni mediasındakı ittihamlar Ermənistanın daxilində N.Paşinyanı sıradan çıxarmaq naminə bəzi qüvvələrin birləşdiyinə dəlalət edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

