Ermənistan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə
04.10.2018 [08:32]
Keçmiş hakimiyyətin və mövcud koalisiyanın parlamentdəki deputatları Paşinyanı devirmək istəyirlər
İşğalçı Ermənistanda gərginlik yeni mərhələyə qədəm qoyub. Belə ki, indiki hakimiyyətin namizədinin qalib gəldiyi İrəvan meri seçkilərindən sonra baş nazir Nikol Paşinyanın növbədənkənar parlament seçkiləri keçirməyə start verdiyini açıqlaması hələ də parlamentdə əksər çoxluğa malik olan Respublikaçıları hərəkətə keçirib. Yayılan məlumatlara görə, oktyabrın 2-də parlamentdə qanunverici orqanın buraxılmasını çətinləşdirən “Reqlament haqqında” konstitusiya qanununa dəyişiklik edilməsi barədə qanun layihəsi qəbul edilib. N.Paşinyanın rəhbərlik etdiyi “Çıxış” blokunun boykot etdiyi iclasda qəbul olunan layihəyə mövcud koalisiya hökumətində təmsil olunan “Çarukyan” bloku və “Daşnaksutyun” partiyasının deputatlarının da dəstək verməsi işğalçı dövlətin paytaxtında gərginliyin pik nöqtəyə çatmasına səbəb olub.
Bundan sonra, paytaxt sakinlərini parlamentin qarşısına səsləyən baş nazir N.Paşinyan dekabr ayında növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirib. N.Paşinyan, həmçinin mitinqdəcə “Çarukyan” bloku və “Daşnaksutyun” Erməni İnqilabi Federasiyasının hökumətdə təmsil olunan nazirlərini işdən azad edib və koalisiyanın dağıldığını elan edib. Onun gözlənilməz və tələsik addımı isə birmənalı qarşılanmayıb, ekspertlər bu qərarın N.Paşinyanın təklənməsinə səbəb olacağını düşünürlər.
Parlamenti mühasirəyə alan tərəfdarları ilə gecənin gec saatlarına qədər meydanda olan baş nazir növbədənkənar seçkilərə getməyin labüdlüyünü elan edib. Deputatlarla danışıqlardan sonra istefa verəcəyini elan edən N.Paşinyanın sözlərinə görə, parlamentdəki fraksiyalarla razılığa gəliblər ki, Ermənistanın baş nazirinin istefası halında namizəd irəli sürməyəcəklər. Belə ki, mövcud qanunvericiliyə görə, parlamentdə iki dəfə baş nazir seçilməsə, növbədənkənar parlament seçkilərinə start veriləcək. Seçkilərə qədər isə indiki baş nazir N.Paşinyan hökumət rəhbəri səlahiyyətlərini icra edəcək. Lakin N.Paşinyanın ortaq məxrəcə gəlindiyi barədə bəyanatına baxmayaraq, parlamentin sədr müavini Respublikaçı E.Şarmazanov və “Çarukyan” blokunun deputatı, vitse-spiker Mikael Melkumyan tərəfindən heç bir razılaşmanın əldə olunmadığı barədə verilən açıqlamalar vəziyyəti daha da gərginləşdirib. Bununla yanaşı, oktyabrın 2-də parlamentdə çıxış edən “Çarukyan” fraksiyasının deputatı Gevorq Petrosyan baş nazir N.Paşinyanı mövcud intriqanın əsas səbəbkarı kimi göstərib. Respublikaçılar Partiyasının parlament fraksiyasının rəhbəri Vahram Baqdasaryan isə okyabrın 3-də bildirib ki, dekabr ayında seçkilərin keçirilməsi ilə əlaqədar heç bir müzakirələr aparılmayıb. Onun sözlərinə görə, siyasi qüvvələrlə danışıqlar aparılmadan buna getmək məntiqsizdir.
N.Paşinyan isə koalisiyanın üzvləri olan nazirlərin istefaya göndərilməsi barədə qərarı prezident Armen Sarkisyana təqdim edib. Beləliklə, oktyabrın 3-də səhər Ermənistan prezidenti A.Sarkisyan iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan, energetika infrastrukturu və təbii sərvətlər naziri Artur Qriqoryan, kənd təsərrüfatı naziri Artur Xaçaturyan, fövqəladə hallar naziri Qraçya Rostomyan, idman və gənclərin işləri üzrə nazir Levon Vaqradyan, nəqliyyat, rabitə, informasiya texnologiyaları naziri Aşot Hakopyanın vəzifələrindən azad olunması barədə fərman imzalayıb və bu fərman prezidentin saytında yerləşdirilib.
Bu arada Ermənistanda siyasi böhrana qədər gətirib çıxaran hadisənin, yəni parlamentin qalmaqallı layihəni qəbul etməsinin təsadüfi olmadığını sübut edən yeni məlumatlar ortaya çıxıb. “Joğovurd” qəzetinin məlumatına görə, Ermənistanın eks-prezidenti Robert Koçaryan Respublikaçılar Partiyası nümayəndələri və Serj Sarkisyanla əməkdaşlıq etməyə başlayıb. Belə ki, yayılmış söz-söhbətlərə görə, R.Koçaryan eks-prezident Serj Sarkisyanla yas mərasimində xeyli söhbətləşib, Respublikaçıların icraiyyə komitəsinin iclasında iştirak edib. Partiyanın mətbuat xidmətinin rəhbəri E.Şarmazanov bunu təkzib etsə də, hər iki məlumat etibarlı mənbələrdən təsdiq olunub.
Yaranmış mövcud vəziyyəti dəyərləndirən ekspertlər qanunverici hakimiyyətə, orduya və yerli idarəetmə orqanlarının bəzilərinə tam nəzarət edə bilməyən mövcud hakimiyyətin təklənməsinin yaxın günlərdə Ermənistan üçün yaxşı heç nə vəd etmədiyini söyləyirlər. Hadisələrin bu məcrada davam etməsi isə tərəfdarlarını küçələrə tökməkdən başqa siyasi mübarizə metoduna malik olmayan N.Paşinyanın devrilməsi və son nəticədə Ermənistanda vətəndaş müharibəsinin başlaması ehtimalını gündəmə gətirir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Analitik
22 Aprel 10:12
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17

