/ / AŞ PA sədrinin səlahiyyət müddətinin artırılmasına dair təklif olunan dəyişiklik qəbul olunmayıb
AŞ PA sədrinin səlahiyyət müddətinin artırılmasına dair təklif olunan dəyişiklik qəbul olunmayıb
03.10.2009 [12:06]
Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, Azərbaycan təqribən on il əvvəl böyük ümidlər və böyük ambisiyalarla Avropa Şurasına qəbul olunub: “Biz burada dostlarımızla birgə çox işlər gördük və təbii ki, bundan qürur hissi keçiririk. Biz ölkəmizdə ölüm hökmünü ləğv etdik, bütünlüklə ölkənin qanunvericiliyini dəyişdik, QHT və vətəndaş qurumları üçün yeni ab-hava yaratdıq və bütün bunlar söz azadlığının təmin olunması istiqamətində çox vacib addımlardır. Təbii ki, bütün bunlar bu təşkilatın səyləri və dəyərləri sayəsində edilib. Mən bu təşkilatın fəaliyyətini alqışlayıram. çünki 2005-ci ildə bu qurum mənim ölkəmin bir hissəsi olan Dağlıq Qarabağa dair bəyanat qəbul etmişdi. Mən bu təşkilatı ona görə alqışlayıram ki, burada qadın hüquqlarının pozulmasına və digər belə aktlara qarşı mübarizə aparılır. Lakin təəssüflə qeyd etməliyəm ki, bununla yanaşı, digər standartlara malik olan başqa bir Avropa Şurası da var. Eyni problemlərə fərqli yanaşmaların, böyük və kiçik ölkələrə fərqli münasibət və eləcə də bu və ya digər siyasi partiyalara fərqli mövqe nümayiş etdirən Avropa Şurasını görürük. Məsələn, Avropa Demokrat Qrupu daxilindəki proseslərə baxın. Burada bəzi dostlarımız oyun getdiyi vaxtda oyunun qaydalarını dəyişməyə cəhd göstərirdilər. Bu da bu təşkilat üçün qəbuledilməzdir. ümid edirəm ki, biz qurucularımızın bizə miras qoyduğu bütün bu ali dəyərlərimizi qoruyub saxlayacağıq və biz də bunun üçün bütün əlimizdən gələni etməliyik”.
Sonda Qətnamə layihəsi bir neçə dəyişikliklərlə qəbul olunub. Hesabatda AŞ PA prezidenti və qurumun komitə sədrlərinin səlahiyyət müddətini yenidən iki ildən üç ilə qaldırmasına dair sözügedən 28.11 bəndinin ləğvinə yönəlmiş 2-ci və 10-cu dəyişiklik keçməsə də, bu bəndə edilmiş 12-ci dəyişikliklə “hər hansı aparılan dəyişiklik 2010-cu ilin yanvar ayında keçiriləcək AŞ PA-nın yeni sədrinin seçkilərindən sonra qüvvəyə minməlidir” sözləri əlavə olunub. Bununla da AŞ PA hazırkı prezidentin səlahiyyət müddətinin iki il olmasına və üç illik mandatın 2010-cu ilin yanvarından qüvvəyə minməsinə səs verib.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

