Ermənistanda həyat iflic vəziyyətindədir
27.04.2018 [09:24]
İşğalçı ölkənin bütün bölgələrini etiraz aksiyaları bürüyüb
Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Xatırladaq ki, aprelin 23-də Ermənistanın sabiq prezidenti Serj Sarkisyan müxalifətin 10 gün davam edən kütləvi etiraz aksiyalarından sonra baş nazir postundan istefa verib. Nazirlər Kabinetinin başçısı vəzifəsinə müvəqqəti olaraq baş nazirin birinci müavini Karen Karapetyan təyin edilib.
Ermənistanın yeni baş naziri isə ölkə parlamentinin mayın 1-də keçiriləcək xüsusi iclasında müəyyən olunmalıdır. Bunu aprelin 26-da parlamentin spikeri Ara Babloyan bildirib. Ölkə konstitusiyasına uyğun olaraq, baş nazirin istefasından sonra 7 gün ərzində parlament fraksiyaları bu posta namizədlərini irəli sürə bilərlər. Bundan sonra Nazirlər Kabinetinin rəhbəri açıq səsvermə yolu ilə seçiləcək. Lakin bu məsələdə razılığın əldə olunacağı mümkünsüz görünür. Belə ki, müxalifət hökumət başçısı postuna “xalqın namizədi”nin - Nikol Paşinyanın seçilməsini tələb edir. Hakim Respublika Partiyası isə növbədənkənar parlament seçkilərinə razılıq versə də, müxalifətin bu tələbini konstitusiyaya zidd hesab edir.
Beləliklə, İrəvan hər an partlayacaq barıt çəlləyini xatırladır. Serj Sarkisyan istefa versə də, etirazlar davam edir. Narazı kütlə indi də “Karen, Serjin yanına get!” kimi şüarlar səsləndirir. Nümayişlərə rəhbərlik edən Nikol Paşinyan bəyan edib ki, Respublika Partiyası hakimiyyətdə qaldığı müddətdə etiraz aksiyalarını dayandırmayacaqlar. Onun sözlərinə görə, partiya Sarkisyanı qurban verməklə hakimiyyəti saxlamağa cəhd göstərir. Bu isə mümkün olmayacaq. Nikol Paşinyan ölkədə hər kəsi tətilə, tələbələri isə dərsləri boykot etməyə çağırıb.
Yeri gəlmişkən, Ermənistanın idman və gənclərlə iş üzrə nazirinin səlahiyyətlərini icra edən Qraçya Rostomyan istefa verdikdən sonra idmançılar da Olimpiya Komitəsinin binası qarşısından etirazçıların yürüşünə qoşulublar. “Daşnaksütyun” partiyası isə Respublika Partiyası ilə birgə daxil olduğu hakim koalisiyadan çıxdığını bəyan edib. Partiyanın inqilab federasiyası bildirir ki, yeni hökumətin ilk işi gərginliyi azaltmaq olmalı, eyni zamanda, parlamentə növbədənkənar seçkilərin keçirilməsi üçün şərait yaratmalıdır. “Daşnaksütyun” fraksiyası parlamentdə 105 yerdən 7-nə malikdir. Baş nazirin seçilməsi üçün 53 deputatın səsi lazımdır. Hazırda müxalifətə daxil olan “Yelk”, “Tsarukyan bloku” və “Daşnaksütyun” hərəkatı parlamentdə 47 səsə malikdir.
Bu arada “Evronyus” telekanalı xəbər verir ki, Nikol Paşinyan Ermənistanın yeni baş naziri olmağa hazırdır. Hərəkat rəhbərinin sözlərinə görə, bu posta gələndən sonra açıq və dürüst şəkildə parlament seçkiləri keçiriləcək. Hələliksə baş nazir səlahiyyətlərini icra edən Karen Karapetyan bu bəyanatlarla razılaşmır. O, aksiya iştirakçılarına hisslərini cilovlamağı tövsiyə edib. Bildirib ki, ölkədə hər an baş verə biləcək təxribat Ermənistanı 10 il geri ata bilər. Müxalif qüvvələr isə bütün bunları bəhanə hesab edir. Aprelin 25-də Paşinyanın tərəfdarları ölkədə həyatı iflic ediblər. Hava limanına gedən yol və nəqliyyatın intensiv işlədiyi magistral nəzarət altına alınıb. Sərnişinlər “Zvartnots” aeroportuna piyada getmək məcburiyyətində qalıblar. Etirazçılar Ermənistan-Gürcüstan sərhədində yerləşən “Baqrataşen” gömrük məntəqəsinə gedən magistralı da bağlayıblar. Bundan başqa, aksiyaçılar Ermənistan-İran sərhədinə gedən İrəvan-Meğri yolunu kəsiblər. Ölkənin şimal-şərq istiqamətinə - Sevan, İcevana gedən şose də etirazçılar tərəfindən bağlanıb. Bölgələrdən yüzlərlə maşın paytaxta doğru yola çıxıb. Narazı vətəndaşlar bildirirlər ki, məqsədləri birdir - Karen Karapetyan başda olmaqla bütün nazirlər postlarını tərk etməli, ölkədə yeni hökumət qurulmalıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

