ABŞ - İran: Atəşkəs uzadılacaq?
17.04.2026 [10:15]
Hazırda İran-ABŞ-İsrail müharibəsi dünya gündəliyinin mərkəzində qalmaqda davam edir. Bu da onunla bağlıdır ki, enerji resursları ilə zəngin olan bölgədə gedən regional müharibənin təsirləri qlobal səciyyə daşıyır. Hörmüz boğazı ətrafında gərginliyin davam etməsi, müharibənin uzanması və əhatə dairəsinin genişlənməsi dünya, xüsusilə də qlobal iqtisadiyyat üçün qarşısıalınmaz proseslərə rəvac verə bilər.
Buna görə də ABŞ-la İran arasında aprelin 8-nə keçən gecə ikihəftəlik atəşkəs barədə razılığa gəlinməsi dünya üçün ümid işığı kimi göründü. Razılaşma çərçivəsində aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Təxminən 21 saat davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
“Bloomberg”: ABŞ və İran atəşkəsin daha iki həftə uzadılmasını nəzərdən keçirirlər
Elan olunan ikihəftəlik atəşkəsin bitməsinə saylı günlər qalır. Bəs aprelin 21-dən sonra yeni atəşkəs olacaqmı? Hazırda narahatlıq içində olan bütün dünya bu sualın cavabını gözləyir.
“ABŞ və İran sülh sazişi üzrə danışıqları davam etdirmək üçün daha çox vaxt qazanmaq məqsədilə çərşənbə axşamı günü müddəti bitən mövcud atəşkəsin daha iki həftə uzadılmasını nəzərdən keçirirlər”.
Bu barədə “Bloomberg” məlumatlı mənbəyə istinadən məlumat yayıb. Qeyd olunur ki, tərəflər arasında vasitəçilər ən mübahisəli məsələləri müzakirə etmək məqsədilə texniki məsləhətləşmələr təşkil etmək üçün səylər göstərirlər.
Əsas mövzular arasında Hörmüz boğazında əməliyyatların bərpasının mümkünlüyü və İranda uranın zənginləşdirilməsi ilə bağlı məsələlər var. Mənbənin sözlərinə görə, müzakirələr ilkin xarakter daşıyır və hələlik yekun qərarlar qəbul edilməyib.
Vasitəçilər ortaq məxrəc tapmaq axtarışında
Nəticəsiz başa çatsa da, İslamabad danışıqlarının baş tutması üçün Pakistan rəhbərliyinin israrlı səylər göstərməsi bütün səviyyələrdə təqdir olunur. Necə deyərlər, ən pis atəşkəs və ən pis danışıqlar ən yaxşı müharibədən daha yaxşıdır. İlk uğursuzluğa baxmayaraq, Pakistan rəhbərliyi atəşkəsin uzadılması və yeni danışıqlar raundunun təşkili məqsədilə fəal çalışmalar sərgiləyir. İranın Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai bildirib ki, Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında mesaj mübadiləsi davam edir. “İran nümayəndə heyətinin Tehrana qayıtdığı bazar günündən (12 aprel - red.) bəri Pakistan vasitəsilə bir neçə mesaj ötürülüb”, - deyə İ.Bəqai vurğulayıb.
Eyni zamanda, Pakistan Ordusunun baş komandanı Asim Munir İran və ABŞ arasında yeni danışıqlar raunduna hazırlıq fonunda Tehrana səfər edib. “Tasnim” agentliyinin məlumatına görə, Munirin səfəri Vaşinqtonun mövqeyini Tehrana çatdırmaq və İran-ABŞ danışıqlarının ikinci raunduna hazırlıq məqsədi daşıyıb.
Pakistan rəhbərliyi həmçinin İran-ABŞ-İsrail müharibəsində yeni atəşkəsə nail olunması məsələsinin müzakirələrini region dövlətləri ilə aparır. Artıq Baş nazir Şahbaz Şərif Ciddədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb. Görüşdə ABŞ ilə İran arasında növbəti atəşkəsə nail olunması ətrafında geniş fikir mübadiləsi aparılıb. Pakistanın Baş naziri belə müzakirələri həmçinin Dohada Qətər əmiri Təmim bin Həməd Al Tani ilə aparmaq niyyətindədir.
Digər vasitəçi dövlətlər də, necə deyərlər, boş dayanmırlar. Xüsusilə də Misir və Türkiyə rəsmiləri ABŞ və İran arasında mövcud fikir ayrılıqlarını aradan qaldırmaq və aprelin 21-də atəşkəs razılaşmasının müddəti bitənədək danışıqların yeni raundunu təşkil etməyə səy göstərirlər.
Tərəflər nə deyirlər?
Hələlik İran və ABŞ atəşkəsin uzadılması ilə bağlı konkret fikir ifadə etməkdən çəkinirlər. Tehrandan və Vaşinqtondan gələn açıqlamalarda üst-üstə düşməyən məqamlar çoxdur. “ABŞ dəniz blokadasını davam etdirərsə, Qırmızı dəniz, eləcə də Fars və Oman körfəzləri vasitəsilə ticarəti kəsə bilərik”. Bu rtorika ilə İran Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Əli Abdullahi çıxış edib. Onun sözlərinə görə, əgər ABŞ blokadanı davam etdirərsə və İranın ticarət gəmiləri və neft tankerlərinə təhlükə yaradarsa, bu, atəşkəs rejiminin pozulmasına gətirib çıxara bilər.
Vaşinqton da atəşkəsin davam etdirilməsinə “hə” deməyə tələsmir. “ABŞ hələ İrana atəşkəs rejiminin müddətini uzatmağı təklif etməyib”. Bu barədə Ağ Evin mətbuat katibi Karolayn Levitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib. “Bu səhər (dünən - red.) mən atəşkəs rejiminin uzadılmasının rəsmən istədiyimiz barədə əsassız xəbərlər gördüm. Bu, doğru deyil”, - deyə K.Levitt vurğulayıb.
Onun sözlərinə görə, ABŞ və İran fəal şəkildə danışıqlar aparmaqda davam edir: “Bu həftə siz vitse-prezidentdən (Cey Di Vens) və Prezidentdən ( Donald Tramp) bu danışıqların səmərəli olduğunu və davam etdiyini eşitdiniz, hazırda vəziyyət məhz bundan ibarətdir”.
Ağ Evin mətbuat katibi bildirib ki, ABŞ İranla saziş bağlanması perspektivlərinə müsbət yanaşır. Jurnalistin İranla danışıqların ikinci raundunun Pakistanın paytaxtı İslamabadda keçirilib-keçirilməyəcəyi ilə bağlı sualına o, danışıqların elə ötən dəfə olduğu yerdə keçiriləcəyini vurğulayıb.
Qeyd edək ki, İran da danışıqların ikinci raundunun məhz Pakistanda keçirilməsini israr edir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxElm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28

