Qarşıdakı 4 ildə...
17.04.2026 [11:12]
Ortamüddətli büdcə çərçivəsi nə vəd edir?
Maliyyə Nazirliyi (MN) “2027-2030-cu illərə dair “Ortamüddətli büdcə çərçivəsi” (OMBÇ) sənədini ictimaiyyətə təqdim edib. Sənəd büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, milli xərc prioritetlərini, ortamüddətli resurs zərfini, icmal büdcənin və dövlət büdcəsinin gəlir-xərclərinin proqnozlarını,habelə, dövlət büdcəsi xərclərinin funksional təsnifatının büdcə islahatlarına cəlb olunan bölmələrində nəzərdə tutulan proqramların həyata keçirilməsi üçün ayrılan vəsaitlərin yuxarı hədləri barədə məlumatları özündə əks etdirir.
OMBÇ sənədinə əsasən, 2026-cı ildə neft və qaz hasilatının həcminin azalacağı gözlənilir. 2029-2030-cu illərdə neft və əmtəəlik qaz hasilatı üzrə artımın müşahidə olunması ilə neft-qaz sektorunda artım proqnozlaşdırılıb.
İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin mart ayında təqdim olunan proqnozlara əsasən baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2027-2030-cu illər üçün 65 dollar olacağı fərz edilib. Proqnozlara əsasən 2027-ci ilin sonuna ÜDM-in həcmi 139 milyard manat təşkil edəcəyi, 2030-cu ildə isə 166,9 milyard manata qədər artacağı gözlənilir. ÜDM-də qeyri-neft-qaz sektorunun payının 2025-ci ildəki 71,5 fazidən 2027-ci ildə 78 faizə, 2030-cu ildə isə 81,8 faizə çatacağı fərz edilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,2 faiz olacağı proqnozlaşdırılır. 2030-cu ildə qeyri-neft-qaz gəlirlərinin dövlət büdcəsinin gəlirlərindəki payı 2027-ci ilin göstəricisi ilə müqayisədə 8,1 faiz-bənd artaraq 69,1 faiz, mütləq ifadədə isə 18,8 faiz artaraq 28,4 milyard manat təşkil edəcək. Eyni zamanda, dövlət büdcəsinin neft-qaz gəlirləri 2027-ci illə müqayisədə 17 faiz azalaraq dövrün sonunda 12,7 milyard manata qədər aşağı düşəcək.
2027-ci ildə əsas kapitala investisiya qoyuluşlarında 5,6 faiz, ortamüddətli dövrdə isə orta illik 2,1 faiz artım olacağı, həmçinin kapital yatırımlarında dəyişikliklər fonunda 2026-cı ildən 2028-ci ilin sonuna doğru neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında artım proqnozlaşdırılır. İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə cari il üzrə 5,5 faiz proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2030-cu ildə 4,6 afziə düşəcək.
Makroiqtisadi proqnozlara əsasən, 2027-2030-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb. Ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2030-cu ildə 135,4 milyard manata, xərclərinin isə 133,6 milyard manata qədər yüksəlməsi gözlənilir.
2027-2030-cu illərdə büdcə siyasətinin istiqamət və hədəfləri
2027-ci il və növbəti üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib. Ötən dövr üzrə fiskal siyasət üçün xarakterik olan bir sıra çağırışlar, o cümlədən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” in icrası, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, ortamüddətli büdcə dövrü üçün öz aktuallığını qorumaqdadır.Bununla yanaşı, rəqəmsal inkişaf sahəsində müəyyən edilən prioritetlər, su təchizatı və nəqliyyat infrastrukturunun inkişafı, sosial, ərzaq təminatı və digər sahələr üzrə qəbul edilmiş strategiya, dövlət proqramları və qərarlar fiskal siyasətin formalaşmasına təsiredici amillər sırasında yer alır.
Qarşıdakı 4 ildə büdcənin gəlirlər üzrə siyasətində əsas istiqamətlər ölkənin iqtisadi inkişafını təmin etmək, iqtisadi şaxələndirməni genişləndirmək və investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır. Bu çərçivədə vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi, vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi, ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin artırılması kimi addımlar planlaşdırılır. Bununla yanaşı, dövlət büdcəsi gəlirlərini təmin edən orqanlarla vergi ödəyiciləri arasında şəffaf münasibətlərin qurulması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində addımların atılması davam etdiriləcək. Qeyd olunanlar nəzərə alınmaqla, 2027-2030-cu illər üzrə vergi siyasətində əsas prioritetlərdən biri olan biznes mühitinin daha əlverişli və proqnozlaşdırıla bilən əsaslarla formalaşdırılması, vergi inzibatçılığının sadələşdirilməsi, müddəti bitən vergi güzəşt və azadolmalarına yenidən baxılması, fiskal və iqtisadi səmərəliliyinin yenidən qiymətləndirilməsi nəzərdə tutulur.
Büdcə gəlirlərinin təmin edilməsi tədbirləri çərçivədə müxtəlif fəaliyyət sahələri üzrə vergitutma obyektlərinin konkretləşdirilməsi, iqtisadi əməliyyatların daha dolğun uçotunun təmin edilməsi və vergi bazasının genişlənməsinə xidmət edən normativ-hüquqi və inzibati mexanizmlərin təkmilləşdirilməsi əsas prioritetlərdən biridir. Habelə vergi borcları üzrə möhlət mexanizminin sadələşdirilməsi və təşviqlərin tətbiqi, vergi borclarının idarə olunması sahəsində borcların tənzimlənməsi mexanizmlərinin sadələşdirilməsi, ödəyicilər üçün daha çevik yanaşmaların tətbiqi və könüllü ödəniş intizamının gücləndirilməsi əsas məqsədlərdəndir. Habelə qeyri-rezidentlərin vergiyə cəlb edilməsi mexanizminin təkmilləşdirilməs, müasir iqtisadi münasibətlər və sərhədlərarası əməliyyatların genişlənməsi şəraitində əsas istiqamətlərdən biri qeyri-rezident şəxslərin Azərbaycan mənbəli gəlirlər üzrə vergiyə cəlb edilməsinin daha effektiv mexanizmlər əsasında təşkili və bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulur. Bu ssenariyə əsasən, rəqəmsal xidmətlər, elektron ticarət, beynəlxalq xidmət göstərilməsi və digər sərhədlərarası əməliyyatlar üzrə vergitutma qaydalarının dəqiqləşdirilməsi və beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi planlaşdırılır.
Xərclər üzrə siyasətin əsas prioritetləri
2027-2030-cu illərdə dövlət xərclərinin əsas istiqamətləri dayanıqlı və yüksək iqtisadi artımın dəstəklənməsi, qeyri-neft sənayesində iqtisadi artımın sürətlənməsi, rəqəmsal inkişaf yönümlü və innovasiyatutumlu sahələrə investisiyaların artması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və qiymət sabitliyinin təmin edilməsi, sahibkarlığın inkişafı və yerli istehsalın stimullaşdırılması, biznes-investisiya mühitinin yaxşılaşdırılması, eləcə də “kölgə iqtisadiyyatı”nın məhdudlaşdırılması ssenarilərinə əsaslanır. Hədəf çərçivəsində növbəti dövrdə ölkənin enerji ixracı coğrafiyasının şaxələndirilməsi, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə strateji tranzit qovşağın formalaşması, nəqliyyat-logistika marşrutlarının genişləndirilməsi və yükaşırma qabiliyyətinin artırılması gözlənilir ki, bu, büdcə strategiyasında mühüm amillər kimi nəzərə alınıb. Xərc prioritetlərinə əsasən, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası, logistika və informasiya-rabitə sahələrində müşahidə olunan dinamikanın artırılması məqsədilə əlavə resursların cəlbi planlaşdırılır.
Müdafiə və milli təhlükəsizlik tədbirləri xərc prioritetlərində əsas yerlərdən birini tutur. Ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi və hərbi potensialın artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi, mina təmizləmə sahəsində ixtisaslaşmanın gücləndirilməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbir və layihələrin icrası üçün zəruri maliyyə təminatının yaradılması diqqət mərkəzində saxlanılacaq.Ordunun təchizatının daha da gücləndirilməsi, bu sahədə əhəmiyyətli paya malik olan müdafiə sənayesinin inkişafı və ixrac imkanlarının genişləndirilməsi də xərc ssenarisində əhəmiyyətli yer tutur.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin davam etdirilməsi xərc paketində əsas maliyyətutumlu sahə kimi diqqətdə saxlanılacaq.
Rəqəmsal iqtisadiyyatın inkişafı üçün zəruri olan layihələrin dəstəklənməsi, “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya” üzrə müəyyən edilmiş tədbirlərin icrası büdcə siyasətinin əsas xərc prirotitetləri sırasında olacaq.
Sosial müdafiə və sosial təminat istiqamətində tədbirlər də diqqət mərkəzində saxlanılacaq və əhalinin sosial müdafiəsi, xüsusilə də həssas təbəqələrin təminatının gücləndirilməsi məqsədilə büdcədə müvafiq maliyyə təminatı yaradılacaq.
2027-2030-cu illərdə büdcə xərclərində prioritet sahələr kimi təhsilin innovativ inkişafının dəstəklənməsi, səhiyyə sisteminin modernləşdirilməsi, innovativ tibbi texnologiyaların tətbiqi, təmiz ətraf mühit və “yaşıl artım”ın təmin olunması da mühüm istiqamətlərdəndir.
Ortamüddətli dövrdə makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamının gücləndirilməsi, Dövlət Neft Fondunun aktivlərinin qorunması, xərclərin optimallaşdırılması və səmərəliliyinin yüksəldilməsi, makro-fiskal çərçivənin tətbiqi də əsas ssenarilər sırasında yer alır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 17:11
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32

