/ / İsveçrə qəzeti: Ermənistanda dövlət rəhbərliyində paradiqma dəyişikliyi simvolik xarakter daşıyır
İsveçrə qəzeti: Ermənistanda dövlət rəhbərliyində paradiqma dəyişikliyi simvolik xarakter daşıyır
10.03.2018 [00:57]
Ermənistanın yeni prezidenti gələcəkdə dövlətin ikinci adamı olacaq və bu da onun sələfinin işinə yarayır. Cənubi Qafqaz respublikası özünü Rusiya və Avropa İttifaqı arasında balanslaşdırmağa çalışır.
AZƏRTAC xəbər verir ki, bu fikir İsveçrənin nüfuzlu “Neue Zürcher Zeitung” qəzetində Ermənistanda bu yaxınlarda keçirilmiş prezident seçkilərinin təhlil olunduğu “Ermənistanda daxili siyasi sabitlik səthidir” adlı məqalədə əksini tapıb.
Məqalənin müəllifi Markus Akeret qeyd edir ki, Ermənistanda yeni dövlət başçısının seçilməsinə baxmayaraq, ölkədə ara qarışmadı. Lakin on il bundan əvvəl Serj Sarkisyan bu vəzifəyə seçilərkən ölkəni etiraz dalğası bürümüş və bu etirazlar amansızcasına yatırılmışdı. Hətta beş il bundan əvvəl də Sarkisyanın rəqibləri öz tərəfdarlarını küçəyə çıxarmış, ölkədə siyasi ab-hava gərginləşmişdi. Bu dəfə isə hər şey başqa cür oldu: kiçik Qafqaz ölkəsində dövlət başçısı bu dəfə xalq tərəfindən birbaşa deyil, parlament tərəfindən seçildi.
Ermənistandakı siyasi mühitlə yaxından tanış olan müəllif qeyd edir ki, dövlət rəhbərliyində paradiqma dəyişikliyi simvolik xarakter daşıyır. Serj Sarkisyanın təqdimatı əsasında seçilən yeni prezident Armen Sarkisyan gələcəkdə yalnız təmsilçilik funksiyaları ilə məhdudlaşan bir vəzifəni icra edəcək. Ölkədə əsas hakimiyyət isə eyni zamanda ali baş komandan səlahiyyətlərini daşıyan Baş nazirin əlində cəmləşəcək. Artıq prezident seçkilərində iştirak etmək hüququ olmayan Serj Sarkisyan 2015-ci ilin dekabr ayında konstitusiya dəyişikliyinə nail oldu. Konstitusiya dəyişikliyinin rəsmi əsaslandırılması bundan ibarət oldu ki, bu yolla ölkədə demokratiya daha da gücləndiriləcək. İlk baxışdan parlamentin və partiyaların səlahiyyətlərinin artırılması plüralizmin güclənməsi və bir şəxsin iradəsi ilə idarə olunan ölkədə tək adamın hakimiyyəti modelindən uzaqlaşma təəssüratı yaradırdı. Lakin aydın oldu ki, vəzifəsi ilə vidalaşmaqda olan prezident bu yolla yalnız özünə hökumətdə yeni güc bazası yaradır. Serj Sarkisyan artıq dəfələrlə bildirib ki, aprel ayında vəzifə səlahiyyətlərini yeni seçilmiş prezidentə təhvil verdikdən sonra hökumətin başında da dayana bilər.
Məqalədə qeyd edilir ki, Ermənistanın yeni prezidenti Armen Sarkisyanın sələflərinin siyasətinə sadiq qalacağı gözlənilir. O, ömrünün böyük hissəsini Böyük Britaniyada keçirib, 1980-ci illərdə fizika müəllimi kimi, daha sonra isə Ermənistanın bu ölkədəki səfiri kimi fəaliyyət göstərib. O, eyni zamanda, qısa müddət ərzində Ermənistanın baş naziri postunu tutub, biznes fəaliyyəti göstərib, xaricdəki siyasi elita ilə sıx əlaqələrinə görə diaspor məsələləri ilə də məşğul olub.
Müəllif bildirir ki, Ermənistanın xarici siyasətində Rusiyadan asılılıq bariz şəkildə özünü göstərir. Çox çək-çevirdən sonra keçən ilin sonunda Avropa İttifaqı ilə tərəfdaşlıq sazişini imzalamasına baxmayaraq, ölkənin xarici siyasətinin oxları Moskva istiqamətini göstərməkdədir. Avrasiya İttifaqına qoşulmaq Ermənistana faydadan çox zərər gətirdi.
Məqalədə diqqətə çatdırılır ki, Ermənistan xarici siyasətini balanslaşdırmağa çalışır. Serj Sarkisyan Türkiyə ilə yaxınlaşmağa cəhd göstərmiş, 2009-cu ildə bu ölkə ilə Sürix protokolları imzalamışdı, lakin bu cəhd uğursuz oldu. Bir neçə gün əvvəl isə Sarkisyan bu sənədin tamamilə etibarsız olduğunu bəyan etdi. Rusiyanın Azərbaycana silah satışı da ermənilərin Rusiyaya qarşı qəzəbinə səbəb olub. Bütün bunlar onu deməyə əsas verir ki, ölkənin daxili siyasətində yenidən “qırılma xətləri” gözlənilir.
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10

