Kataloniyada baş verənlərə münasibətdə Qərb yenidən ikili standartlara müraciət edir
05.10.2017 [10:05]
İnsan haqları adı altında bir sıra dövlətlərə təzyiqlər göstərməyə çalışan Qərbin “demokratik siması” bir daha ortaya çıxır
Xəbər verildiyi kimi, İspaniyadan ayrılmaq üçün referendum keçirən separatçı Kataloniya vilayətində qarşıdurmalar davam etməkdədir. Hətta bu hadisələr cərəyan etməyə başladığı ilk günlərdə polislə toqquşmalar zamanı xəsarət alanların sayı yüzlərlədir. Göründüyü kimi, “insan haqları”, “vətəndaş hüquqları” deyərək bir sıra dövlətlərə təzyiqlər göstərməyə çalışan Qərbin “demokratik siması” bir daha ortaya çıxır. Aparıcı Qərb agentliklərinin səhifələrini ispan polisinin səsverməyə gedən Kataloniya sakinlərini rezin güllələrə “qonaq” etməsi, dəyənəklə, atlarla, su şırnaqları ilə dağıtması səhnələri bəzəyir. Maraqlıdır ki, qanunu pozanlara, ölkədə destabillik yaratmağa çalışanlara qarşı görülən tədbirlər fərqli ölkələrdə baş verdikdə bu bir sıra maraqlı mərkəzlər tərəfindən insan hüquq və azadlıqlarının pozulması kimi yozulursa, bu gün İspaniyada baş verənlər ya susqunluqla qarşılanır, ya da təbii qəbul olunur. Yəni Avropada baş verənlər insan hüquqlarının pozulması deyil, amma digər ölkələrdə baş verərsə bu, artıq azadlıqların məhdudlaşdırılması kimi qiymətləndirilir. Xatırlatmaq yerinə düşər ki, 2011-ci ildə Britaniyada kütləvi iğtişaşlar baş qaldıranda, Fransada 2014-cü ildə su bəndinin tikintisinə etiraz edən nümayişçilərdən biri döyülərək öldürüləndə, Almaniyada 2010-cu ildə Ştutqartda 400 nəfər nümayişçi vəhşicəsinə döyüləndə, digər Avropa ölkələrində, həmçinin ABŞ-da narazı kütlənin dağıdılması zamanı da belə “fotosessiyalar”ın şahidi olmuşuq.
Öz növbəsində, məsələ ilə bağlı fikirlərini bölüşən millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Hüseynov da bu kimi ikili standartların zaman-zaman şahidi olduğumuzu deyib. Onun sözlərinə görə, bu kimi hallar fərqli dövlətlərdə olanda fərqli standartlarla yanaşılır: “Azərbaycan həmişə beynəlxalq münasibətlərdə ədalət prinsiplərinin, hüququn aliliyinin qorunmasının vacibliyini bəyan edib. Dövlətlərə münasibətdə ikili standartlar yolverilməzdir. Son dövrlər baş verənlər də bir daha sübut etdi ki, ədalət tərəzisi pozulanda, dövlətlərə qarşı ədalətli münasibət göstərilməyəndə, işğalçı, terroru dəstəkləyən dövlətlər layiqli şəkildə cəzalarını almayanda, ərazi bütövlüyünün pozulmasına qarşı vahid və güclü reaksiya ortaya qoyulmayanda, bu, bumeranq effekti ilə hər kəsin özünə qayıdır. Bir sıra Qərb dövlətlərində mərkəzi hakimiyyətin iradəsinin bərqərar edilməsi zamanı toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışlar unudulur, dinc nümayişlər amansızlıqla dağıdılır, insanların hüquqları kobudcasına tapdanır. Lakin söhbət digər ölkələrdən gedəndə “Avropa dəyərləri”, demokratiya, liberal hüquqlar yada düşür. Bu da həmin anlayışların əslində təzyiq vasitəsi kimi istifadə olunduğunu sübut edir”.
Aydın Hüseynov bildirib ki, Azərbaycan demokratik norma və prinsipləri mənimsəmiş, demokratiyanın inkişafı istiqamətində inamla addımlayan güclü bir dövlətdir. Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində güclü qanuni baza və ciddi siyasi iradə mövcuddur: “Amma təəssüf ki, bir sıra hallarda Azərbaycana qarşı bu mövzularda haqsız, qərəzli iradların olduğunu müşahidə edirik. Bir sıra hallarda Qərbin özündə əməl edilməyən “dəyərlər” Azərbaycan kimi demokratiya yolu ilə inkişaf edən dövlətlərə qarşı kampaniya aparmaq üçün istifadə olunur. Bu mənada sözügedən dairələrin Azərbaycana, digər ölkələrə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və təzyiq məqsədilə süni şəkildə təşkil edilmiş qarayaxmadan başqa bir şey deyil”.
Millət vəkili Elman Məmmədov da Qərbin bu kimi hallara ikili standartlarla yanaşdığının bir fakt olduğunu bildirib. Onun sözlərinə görə, başqa dövlətlərdə qanunu pozan, separatçı çıxışlar edən, icazəsiz aksiyalar təşkil edərək ölkənin bütövlüyünə və müstəqilliyinə təhdid gətirən şəxslərə qarşı görülən tədbirlər Qərbin əsas silahına çevrilmiş transmilli medianın, “insan hüquqları”nın qorunması üzrə ixtisaslaşdırılmış “beynəlxalq” təşkilatların əsas manşetinə çevrilir, bununla bağlı ən sərt bəyanatlar verilir, qanunun tələblərinin yerinə yetirilməsi üçün polisin gördüyü tədbirlər söz azadlığının pozulması kimi dəyərləndirilir: “Azərbaycan hər zaman söz azadlığının, insan hüquqlarının ən yüksək səviyyədə qorunduğu, demokratik ənənələrə sadiqliyi ilə seçilən ölkələrdəndir. Ölkəmizdə hüququn aliliyi təmin olunub. Maraqlıdır ki, İspaniyada baş verənlərə münasibətdə Qərb dairələri dillərində əzbər etdikləri sözlərdən istifadə etmirlər. Amma bu və ya digər ölkələrə münasibətdə tamam başqa mövqe nümayiş etdirilir. Bu isə bir daha onların açıq ifşasına səbəb olur”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

