Ermənistan iqtisadiyyatında tənəzzül davam edir
28.07.2009 [11:31]
Dünyaya özünü işğalçı dövlət kimi tanıtmış Ermənistan hökumətinin rəsmiləri ölkə iqtisadiyyatının “çiçəklənməsi”, “yüksəlişi” barədə ağızdolusu danışmağa vərdiş ediblər. Onlar ölkə iqtisadiyyatına dair pafoslu çıxışları ilə artıq aclıq və səfalətə düçar olmuş xalqı hər vəchlə “işıqlı gələcəyə” inandırmaqla “cidanı çuvalda gizlətməyə” səy edirlər. Həyat şəraiti gündən-günə pisləşən, yoxsulluğun son həddində yaşayan erməni xalqı rəhbərlərinin ölkə iqtisadiyyatının inkişafı barədəki alovlu nitqlərinə birmənalı yanaşmır, iqtisadiyyatın tənəzzülə uğraması səbəbindən yaşayış səviyyəsinin getdikcə pisləşdiyini yaxşı başa düşürlər.
Parisdə nəşr olunan “Les Nouvelles d’Armenie” (“Ermənistan xəbərləri”) qəzetinin 24 iyul tarixli nömrəsində dərc edilmiş “Ermənistan iqtisadiyyatının tənəzzülü davam edir” sərlövhəli yazı Ermənistan iqtisadiyyatının acınacaqlı vəziyyətini tam təfərrüatı ilə əks etdirir.
Məqalənin əvvəlində heç də ermənilərə yaraşmayan xüsusiyyət nümayiş etdirilərək, bu ilin altı ayı ərzində Ermənistan iqtisadiyyatının tənəzzülünün davam etdiyi etiraf olunur. Rəqəmlər sübut edir ki, ilin birinci yarısında ölkənin ümum daxili məhsulunun həcmi 16,3 faizə düşüb. 2009-cu ilin yanvarından mayınadək olan dövrdə ölkə iqtisadiyyatı 15,7 faiz azalıb.
ölkə iqtisadiyyatının acınacaqlı vəziyyəti daha çox tikinti sektorunda hiss edilməkdədir. 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə yanvar-iyun aylarında bu sahədə 54,5 faiz azalma qeydə alınıb.
ölkənin tanınmış iqtisadçıları ilin sonunadək iqtisadiyyatda daha 20 faiz azalmanın müşahidə ediləcəyini bildiriblər. Ermənistan Mərkəzi Bankının keçmiş prezidenti iqtisadiyyatın tənəzzülə uğramasını hökumətin səmərəsiz fəaliyyəti ilə əlaqələndirib.
İqtisadiyyatın tənəzzülü Ermənistanda idxalın ixracı beş dəfədən artıq üstələməsinə gətirib çıxarıb. Nəticədə ticarət balansında 1 milyard dollardan artıq kəsir yaranıb. ölkənin xarici borcunun 3-4 dəfə artacağı gözlənilir. Elə bu səbəbdən də ölkədə təhlükəli vəziyyətin yaranmasından ehtiyat edilir. Bu vəziyyətdən çıxış yolunu ermənilər xaricdə yaşayan həmvətənlərinin yardımında görürlər. Belədə xalqımızın bir atalar sözü yada düşür: Qonşusuna ümid olan şamsız qalar.
Xalqın vəziyyətini düşünmək əvəzinə öz varidatlarını artırmağa çalışan dövlət rəsmilərinin korrupsiyaya uğraması, hökumət tərəfindən təhlükəsizlikləri üçün təminatın olmaması xarici sərmayəçiləri Ermənistana vəsait qoymaqdan çəkindirir. Məhz bu səbəbdən ölkəyə birbaşa sərmayə qoyuluşu sürətlə azalıb, bu da öz növbəsində sənaye və tikinti sahələrinin tənəzzülə uğramasına güclü təsir göstərib. Məqalə ölkənin inkişafı barədə dəm vuran Ermənistan rəhbərliyinin əsl simasını açıb göstərməklə yanaşı, hakimiyyətin yalanlar üzərində qurulduğunu nümayiş etdirir. Şişirdilmiş hava şarını xatırladan hakimiyyətin nə vaxtsa bir gün partlayacağı heç kəsdə şübhə doğurmur.
Bu arada, baş verən proseslərə cəmiyyətin etirazları da genişlənməkdədir. Son olaraq, müxalifətçi “İrs” partiyası siyasi məhbuslarla bağlı bəyanat yayıb. Sənəddə bildirilir ki, Ermənistan rəhbərliyi şəxsi qisas almaqla məşğuldur və “Aykakan Jamanak” qəzetinin redaktoru Nikola Paşinyanın həbsi bunu bir daha sübut edir.
Bəyanatda deyilir ki, iyulun 1-də öz xoşu ilə hüquq-mühafizə orqanlarına təslim olan Nikola Paşinyanı həbsə almaqla hakimiyyət elan etdiyi amnistiyanı yaddan çıxardığını və ölkəni dar düşüncə ilə idarə etdiyini bir daha təsdiqləyir.
Müxalifət ölkədə siyasi məhbusların mövcudluğunu hakim rejim tərəfindən siyasi qan intiqamı və Ermənistanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməməsi kimi qiymətləndirir.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53

