Serj Sarkisyan Ermənistanı borc bataqlığında batırır
12.11.2016 [00:52]
Qərbdən əli üzülən Sarkisyan indi də dilənmək üçün ərəb dünyasına üz tutub
Serj Sarkisyan hakimiyyətinin ölkədə yürütdüyü səbatsız daxili və xarici siyasət Ermənistan dövlətini uçurumuna sürükləməkdədir. İqtisadi tənəzzül, işsizlik səviyyəsinin durmadan yüksəlməsi ölkə vətəndaşlarının güzəranının daha da pisləşməsinə səbəb olur. Hələ bu azmış kimi, işğalçı ölkənin xarici borclarının təqribən 6 milyard ABŞ dollarına çatması Ermənistan hakimiyyətini çətin duruma salıb. İndi nəinki özəl sektorda, hətta dövlət müəssisələrində çalışanlar belə maaşlarını vaxtlı-vaxtında ala bilmirlər. Parlamentdə aparılan dövlət büdcəsinin müzakirələrindən belə aydın olur ki, qarşıdan gələn 2017-ci il də Ermənistan üçün xoş heç nə vəd etməyəcək - yenə də ümidini günəmuzd qazanca bağlayan ac-yalavac xalq, artan işsizlik ordusu, ölkədən miqrasiya axını, boşalmış dövlət xəzinəsi, taleyinə uğursuzluq yazılan ordu! Məhz budur 2017-ci ilin Ermənistan mənzərəsi!
Ermənistanın populyar internet resurslarından olan “Lragir.am” saytı xəbər verir ki, 2017-cı il də hakimiyyəti zəbt etmiş Serj Sarkisyan və onun kriminal komandası üçün cari ildəkindən heç nə ilə fərqlənməyəcək. Əksinə, iqtisadi göstəricilərinə görə gələn il 2016-cı ildəkindən daha uğursuz bir il olacaq. Belə ki, Ermənistan parlamentində 2017-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Vardan Aramyan bildirib ki, gələn il dövlət büdcəsinin gəlirlərinin 2,6 milyard ABŞ dolları, xərclərinin isə 2,9 milyard təşkil edəcəyi nəzərdə tutulur. Bu isə o deməkdir ki, büdcə gələn il də kəsirlə yerinə yetiriləcək. Başqa sözlə, Sarkisyan büdcəni doldurmaq üçün gələn il də xaricdən yardımlar dilənməkdə davam edəcək.
Doğrudur, hələlik sədəqələrin mənbəyi və miqdarı haqda rəsmi məlumatlar olmasa da, amma onun bəzi işartıları artıq bəlli olur. Ekspertlərin sözlərinə görə, Qərbdə yetərincə dəstəyi itirdiyi üçün Serj Sarkisyan ölkəsinin nicatını Asiya qitəsində axtarmağa başlayacaq. Elə Sarkisyanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) noyabrın 9-da gerçəkləşən ikigünlük səfəri də məhz buna hesablanıb. Saytın prezidentin mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, səfər çərçivəsində BƏƏ rəsmiləri ilə görüşəcək Ermənistan rəhbəri ölkəsini yuvarlatdığı iqtisadi tənəzzüldən xilas etməyə cəhd edəcək. İnvestorları Ermənistana əlverişli şərtlərlə sərmayə yatırmağa dəvət edəcək.
Yeri gəlmişkən, “Lragir.am” saytı xəbər verir ki, noyabrın 9-da Ermənistan hökuməti ilə Asiya İnkişaf Bankı (AİB) arasında növbəti kredit müqaviləsi imzalanıb. Sənədi Ermənistan tərəfindən maliyyə naziri Vardan Aramyan, qarşı tərəfdən isə bankın bu ölkədəki rezident əlaqələndirici Şeyn Rozental imzalayıblar. 22 il müddətinə nəzərdə tutulan razılaşmaya əsasən, AİB Ermənistana 50 milyon ABŞ dolları dəyərində kredit ayıracaq. Müqaviləyə əsasən, ayrılacaq vəsait Vanadzordan Gürcüstanın dövlət sərhədinədək olan avtomobil yolunan tikintisinə sərf olunacaq.
Xatırladaq ki, bundan əvvəl də 51 km uzunluqda olan eyni yolun tikintisinə Avropa İnvestisiya Bankı tərəfindən də 51 milyon avro dəyərində kredit ayrılıb. Məhz bu səbəbdəndir ki, yerli ekspertlər belə hesab edirlər ki, Ermənistanda hökm sürən kriminal rejimin sayəsində, hər il olduğu kimi, növbəti ildə də bu yardımlardan dövlətə və xalqa bir xeyir dəyməyəcək, ayrılan kreditlər təyinatları üzrə xərclənməyəcək, əksinə, yenə də hakim klanın cibinə axacaq.
Saytın yazdığına görə, son iki ildə Serj Sarkisyanın başı öz hakimiyyətinin ömrünü uzatmaq məsələlərinə qarışması səbəbindən ölkə iqtisadiyyatı sürətlə tənəzzülə doğru istiqamət götürüb. Başqa sözlə, Serj Sarkisyanın sərgilədiyi iqtisadi siyasət Ermənistanı artıq borc bataqlığına sürükləyib. Hakimiyyət nə qədər vurnuxsa da, düşdüyü bu bataqlıqdan çıxmaqda acizdir və əslində, bir o qədər də maraqlı görünmür. Yerli ekspertlər belə hesab edirlər ki, Ermənistanı düşdüyü bu durumdan yalnız iqtisadi islahatlar xilas edə bilər. Hələlik isə Ermənistanı üzləşdiyi iqtisadi böhrandan xilas edə biləcək hər hansı islahatlara başlanılmasından xəbər belə yoxdur.
Maraqlıdır, əhalisinin böyük əksəriyyəti aclıq və səfalət içində yaşayan Ermənistanda sadə vətəndaşlar, görəsən, daha neçə müddət Serj Sarkisyan, eləcə də onun kriminal rejiminə belə boyun əyəcəklər? Bəs ölkə müxalifəti necə - Serj Sarkisyanın ötən on il boyunca öz xalqına tutduğu divanı ona belə asanlıqla bağışlayacaqlarmı? Bunu zaman göstərəcək...
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

