Hörst Köller yenidən dövlət başçısı seçildi...
27.05.2009 [09:51]
ötən həftə Almaniya Federativ Respublikası üçün iki mühüm tədbirin - növbəti prezident seçkisinin və ölkə Konstitusiyasının 60 illik yubileyinin keçirilməsi ilə əlamətdar oldu. Qeyd edək ki, Almaniya tarixində ən demokratik və mütərəqqi əsas qanun hesab edilən Konstitusiya 1949-cu ildə qüvvəyə mindikdən sonra məhz həmin ilin sentyabrında Qərb müttəfiqlərinin (ABŞ, İngiltərə və Fransanın) nəzarət etdikləri 3 zonanın birləşməsi nəticəsində müasir Federativ Respublika yarandı. 60 il öncə qəbul edilmiş Konstitusiyaya əsasən, parlamentli respublika olan Almaniyada səlahiyyətlərinə görə yalnız dövlət başçısı funksiyasını həyata keçirən prezident ümumxalq səsverməsi yolu ilə deyil, iki palatadan - bundestaq və bundesratdan ibarət parlamentin deputatları tərəfindən beş il müddətinə seçilir. ötən həftə keçirilən prezident seçkilərində təkrar qalib gələn hazırkı prezident Hörst Köller növbəti beş il ərzində dövlət başçısı səlahiyyətlərini həyata keçirmək hüququnu qazanıb.
Qeyd edək ki, H.Köller əsasən federal məclisin hər iki palatasında müəyyən səs çoxluğuna malik sağ qüvvələrin - Xristian-Demokratik İttifaqı və Xristian-Sosial İttifaqı (XDİ-XSİ) fraksiyasının, eləcə də, azlıq təşkil edən və mərkəzçi mövqedə duran azad demokratların dəstəyi sayəsində özünün sosial-demokrat rəqibinə qalib gəlib. Beləliklə, sağ qüvvələr növbəti dəfə solların prezident kreslosuna sahib olmaq şansını heçə endiriblər (son 60 il ərzində siyasi institutlar sistemində mühüm əhəmiyyət kəsb edən bu posta əksərən sağ qüvvələr nəzarət ediblər). Ancaq əsas qüvvələr arasında siyasi mübarizə bununla bitmir. Belə ki, yaxın gələcəkdə ölkənin siyasi həyatını daha ciddi seçki sınağı gözləyir. ölkənin aparıcı siyasi qüvvələri payızda keçiriləcək növbəti parlament seçkilərinə hazırlaşırlar. Əsas siyasi mübarizənin sağ mərkəzçi XDN-XSN bloku ilə sosial-demokratlar və onlara dəstək verən “yaşıllar”, həmçinin digər sol qüvvələr arasında gedəcəyi gözlənilir. Bu qüvvələr arasında gedən siyasi mübarizə Almaniyanın siyasi həyatı üçün artıq ənənəvi hal alıb.
Onu da deyək ki, dörd il öncə, 2005-ci ilin oktyabrında keçirilmiş növbədənkənar parlament seçkilərində indiki kansler Angela Merkelin rəhbərlik etdiyi XDN və onun blok üzrə daimi ortağı XSN cüzi səs üstünlüyü ilə qalib gəlsələr də, bu vəziyyət onlara təkbaşına hökumət formalaşdırmaq imkanı vermədi. Elə bu səbəbdən də, sağlar sosial-demokratlarla ortaq məxrəcə gələrək koalision hökumət formalaşdırmağa məcbur oldular. ölkənin siyasi həyatında mühüm rol oynayan bu iki siyasi qüvvənin “böyük koalisiya” adı altında tarixdə ikinci dəfə bu əsasda yaratdıqları indiki hökumət (birinci dəfə belə bir koalisiya 1966-69-cu illərdə mövcud olub) bütün çətinliklərə baxmayaraq uğurla fəaliyyət göstərib. Hazırkı hökumətdə vitse-kansler və xarici işlər naziri postunu tutan Frank Valter Ştayn-Mayerin nüfuzlu bir xadim kimi sosial-demokratlar tərəfindən gələcək parlament seçkilərində kansler vəzifəsinə namizədliyi artıq irəli sürülüb. Kansler postu uğrunda əsas mübarizənin də məhz onunla A.Merkel arasında gedəcəyi gözlənilir. Sosial-demokratlar bu seçkilərdə qalib gəlmək üçün qərarlı olduqlarını bəyan edirlər və bu məqsədlə seçkilərə ciddi şəkildə hazırlaşırlar. Bir sözlə, payızda keçiriləcək seçkilərdə bütün qarşıduran tərəfləri ciddi siyasi imtahan gözləyir.
Elxan RZAYEV
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34

