Ermənistan mürəkkəb siyasi situasiya qarşısında...
16.04.2016 [10:44]
İşğalçı ölkədə hakimiyyətlə xalq arasında hökm sürən ziddiyyətlər daha da artıb
Öz işğalçı siyasəti ucbatından regional blokada şəraitində olan Ermənistanda daxili vəziyyət getdikcə daha da ağırlaşmaqdadır. İşğalçı ölkədə siyasi müstəvidə hökm sürən gərginlik, xarici siyasətin tamamilə iflasa uğraması iqtisadi problemləri daha da kəskinləşdirməklə yanaşı, bütün sahələrin faktiki iflasını şərtləndirib. Dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün ekspertlər işğalçı ölkədə sosial inqilab çağırışlarının aktuallaşdığını bildirirlər. Bundan başqa, iqtisadi vəziyyətin ağır olmasının fonunda Ermənistanda vətəndaşların miqrasiyası daha da sürətlənib, ölkə yeni demoqrafik problemlərlə qarşı-qarşıya qalıb. Başlıcası isə budur ki, miqrantların əsas hissəsini əmək qabiliyyətli əhali təşkil edir. Bu cür miqrasiya tendensiyası Ermənistanı ciddi demoqrafik böhrana sürükləyir. “News Armenian” xəbər portalında dərc olunan məqalədə də bu məqamlara toxunulub. Qeyd edilib ki, vətəndaşların həyat səviyyəsinin çox aşağı olması miqrasiya tempini artırıb: “Vətəndaşların Ermənistanı tərk etməsinə səbəb olan digər amillər isə sosial-iqtisadi problemlərlə bağlıdır. Demoqrafik vəziyyətin pisləşdiyi, iqtisadiyyatın iflasa uğradığı Ermənistan yoxsullar ölkəsi hesab olunur”.
Məqalədə o da diqqətə çatdırılıb ki, ABŞ-ın “Gallup” sosioloji sorğu xidmətinin apardığı tədqiqatın nəticəsində məlum olub ki, Ermənistan əhalisinin 40 faizi ölkəni tərk etmək fikrindədir. İşsizlər əhalinin 38, yoxsullar isə 33 faizini təşkil edir. Korrupsiya, biznesin gəlirli sahələrinin hakimiyyətə yaxın adamların əlində olması əhaliyə seçim imkanı saxlamayıb. Əməkhaqqının çox az olması işləyənlərin də güzəranının yaxşılaşmasına imkan vermir. Özəl sahədə çalışanlar isə aşkar şəkildə oliqarxlar tərəfindən istismar olunurlar.
Bununla yanaşı, beynəlxalq “Moody’s Investors” reytinq agentliyi də bir müddət öncə Ermənistanın iqtisadiyyatı ilə yanaşı, maliyyə sisteminin çökdüyünü bildirib. “Hayots Haşxar” qəzeti beynəlxalq “Moody’s Investors” reytinq agentliyinin bu barədə hesabatını dərc edib. Bildirilib ki, Ermənistanın üzləşdiyi ən ağır maliyyə problemi əsasən transfertlərin məbləğinin aşağı düşməsi ilə bağlıdır. Bundan başqa, Ermənistan iqtisadiyyatında əcnəbi investorlar üçün qeyri-müəyyən, daha doğrusu, əlverişsiz şərait mövcuddur. Üstəlik, Ermənistanın milli valyutası olan dramın zəifləməsi daha da sürətlənib. Bu isə işğalçı ölkənin valyuta ehtiyatlarına həddən artıq pis təsir edir. Ermənistanda rüşvət və korrupsiyanın ağlagəlməz həddə çatması, qanunların yalnız kağız üzərində qalması, məmur özbaşınalığının hüdud tanımaması nəticəsində ölkə faktiki olaraq yalnız xaricdən gələn maliyyə vəsaitinin ümidinə qalıb. Həmin vəsaitlər isə sürətlə azalır. İlk yarımillikdə transfertlərin həcmində 46 faizlik azalma qeydə alınıb.
“Tert armenian” xəbər portalı da Ermənistan iqtisadiyyatının üzləşdiyi problemlərdən yazıb. Bildirilib ki, Ermənistanda icbari pensiya yığım sisteminə qarşı etirazlar kəskinləşməkdədir, hökumət isə qərarı dəyişmək fikrində deyil. Diqqətə çatdırılıb ki, etirazçılar hökumətin onların əməkhaqqından qeyri-qanuni olaraq tutduğu 5 faiz məbləğin qaytarılmasını istəyirlər. Artıq iki ildir ki, bu məsələ gündəmdədir. Yeni pensiya sistemi üzrə 40 yaşından aşağı Ermənistan vətəndaşlarının aylıq əməkhaqqının 5 faizi məcburən xüsusi pensiya fondunda onun adına açılmış əmanət hesabına keçirilir. Hökumətin sözügedən qərarına qarşı strateji əhəmiyyət kəsb edən müəssisələr tətil keçirməyi qərara alıblar. Ekspertlər isə vurğulayırlar ki, əhalidən tutulan 5 faiz vəsait də iqtisadiyyatda hər hansı müsbət irəliləyiş yaratmayıb.
Bundan başqa, erməni KİV-inin geniş işıqlandırdığı məsələlərdən biri də hərbi sahədəki uğursuzluqdur. Belə ki, bu ölkədəki mövcud rejim ordudakı vəziyyəti ciddi cəhdlə gizlətməyə çalışır ki, bu da vətəndaşların narazılığı və etirazına səbəb olmaqdadır. İnsanlar ordudakı müxtəlif səpkili cinayət hallarının, özbaşınalıqların artmasından da narahatdırlar. “Hetq.armenian” xəbər portalının məlumatına görə, Ermənistan silahlı qüvvələrində xidmət edən minə yaxın hərbçi müxtəlif səpkili cinayət əməllərinə görə həbs edilib. Əsgərlər hərbi hissələrdəki ağır vəziyyətə dözməyərək qaçırlar. İsveçdə yaşayan erməni siyasətçi Vaqe Avetyan da bildirir ki, əsgərlər ordudan qaçırlar. Hökumət isə silahlı qüvvələrdə hökm sürən belə halların qarşısını almır. Erməni KİV-i sadalananlarla yanaşı, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində işğalçı ölkənin ciddi hərbi uğursuzluğunun bu ölkə üçün böyük fəsadlara səbəb ola biləcəyini yazır. Bildirilir ki, Sarkisyan rejimi artıq təlaş içindədir...
Bunlarla yanaşı, Ermənistan mətbuatının məlumatına görə, “ölkəmizin sahibi bizik” təşəbbüsü aprelin 22-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yuri Xaçaturovun insan itkilərinə səbəb olmuş vəziyyətdə fəaliyyətsizliyə və nəzarətin olmaması ilə əlaqədar vəzifələrindən azad edilməsi tələbi ilə Ermənistan prezidentinin iqamətgahına yürüş təşkil edəcəklər. Nümayişçilər siyahıda göstərilmiş erməni oliqarxlarından dövlət büdcəsinə ən azı 5 milyon dollar ayırmağı tələb etmək niyyətindədirlər. Onların sırasında prezidentin qardaşı Saşik Sarkisyan, baş nazir Ovik Abramyan və hakimiyyətin digər nümayəndələri var. Buna paralel olaraq Ermənistan ictimaiyyətində Avrasiya İqtisadi İttifaqı ilə bağlı müzakirə və mübahisələr yenidən aktuallaşıb. Bu məsələ, demək olar ki, işğalçı ölkənin ictimai-siyasi dairələrini iki hissəyə parçalayıb və sözügedən ittifaqdan imtina edilməsi mövqeyini müdafiə edənlər olduqca sərt bəyanatlarla çıxış edirlər. Yeri gəlmişkən, “Azad demokratlar” partiyasının sədri, Ermənistan Milli Yığıncağının deputatı Xaçatur Kokobelyan “Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyünün dayandırılması prosedurunun başlaması haqqında” bəyanat layihəsini parlamentə təqdim edib. Bəyanat layihəsində qeyd edilib ki, Avrasiya İqtisadi İttifaqına üzv olmaq Ermənistanın təcridinə və xarici investisiyaların azalmasına gətirib çıxarıb.
Göründüyü kimi, işğalçı ölkədə hökm sürən böhran total tənəzzül meyillərini kəskinləşdirməklə yanaşı, hakimiyyətlə xalq arasındakı uçurumu daha da dərinləşdirib. Bu, ilk növbədə, Ermənistan rəsmilərinin özləri tərəfindən etiraf edilir. İşğalçı ölkədə vətəndaşlar arasında keçirilən sorğuların nəticələrindən bəlli olur ki, əhali Ermənistanın hazırkı durumundan narazıdır və vətəndaşların perspektivə dair heç bir ümidi yoxdur.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22

