Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransada faktiki böhran müşahidə edilir

Fransada faktiki böhran müşahidə edilir

17.03.2015 [09:53]

Son zamanlar Avropada silsilə xarakter alan etiraz aksiyalarının növbəti ünvanı Fransa olub. Əhalinin sosial rifah halı ilə əlaqədar olaraq ortaya çıxan narazılıq halları özünü müxtəlif nümayişlər və etiraz asksiyalarında göstərməkdədir. “Reuters” xəbər verir ki, bu ölkənin paytaxtı Parisdə Həmkarlar İttifaqının çağırışı ilə səhiyyə sektorunun işçiləri etiraz aksiyası keçiriblər. Təşkilatçıların sözlərinə görə, nümayişdə 40 min tibb işçisi iştirak edib. Onlar hökumətin səhiyyə sektorunda apardığı yeni islahatlara qarşı çıxıblar. Həkimlərin sözlərinə görə, sözügedən islahatlar onların iş yükünü ağırlaşdıracaq və göstərdikləri xidmətlərə görə ödəmələri gecikdirəcək. Layihə baxılması üçün parlamentə təqdim olunub.
Ekspertlər isə bildirirlər ki, hökumət bu istiqamətdə mövcud olan boşluqların aradan qaldırılmasına dair müvafiq tədbirlər görməsə, böhran xarakterli proseslərin ortaya çıxması gözlənilir. Bildirilir ki, hökumət islahatlar adı ilə xalqın maraqlarına uyğun olmayan müəyyən addımlar atır ki, bu da nəticədə böhran hallarının və etirazların meydana çıxmasına səbəb olur.
Bu ölkədə artıq bir sıra dövlət qurumları böhran elementlərinin müşahidə olunduğunu etiraf edirlər. Statistik göstəricilər də öz növbəsində bunu təsdiqləyir. Siyasətçilər isə təxirəsalınmaz tədbirlərin görülməsini zəruri hesab edirlər. Yeri gəlmişkən, Fransada “Milli cəbhə” partiyasının lideri Marin Le Pen Fransanın avrozonadan çıxmasının vacibliyini vurğulayıb. O, hətta bir az daha irəli gedərək “Financial Times” qəzetinə müsahibəsində bəyan edib ki, 2017-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə ölkəsini avrozonadan çıxaracaq.

Paylaş:
Baxılıb: 1017 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31