Qlobal güclərin mübarizəsinin Ukrayna “raundu”
15.02.2014 [10:51]
Ölkə üzərində geosiyasi maraqları toqquşan tərəflər cəlbedici təkliflərlə rəsmi Kiyevin siyasi oriyentirini dəyişməyə çalışırlar
Məlum olduğu kimi, Ukraynada 2013-cü ilin noyabrında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra kütləvi etirazlar intensiv hal alıb. Müxalifətin Kiyevdə keçirdiyi nümayişlər zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında dəfələrlə qarşıdurmalar yaranıb, ölkənin qərbindəki iri şəhərlərdə sabitlik pozulub.
Daxili böhranla yanaşı, Ukrayna hökuməti xaricdən də təzyiqlərə məruz qalır. Bir tərəfdən Rusiya, digər tərəfdən isə ABŞ və Avropa İttifaqı (Aİ) Ukrayna hakimiyyətinin aksiyaçılarla bağlı tədbirlərinə təsir göstərməyə, ölkənin son olaraq tutacağı siyasi xətti özlərinə doğru yönəltməyə çalışırlar.
Xarici müdaxilələrin də təsirilə daxili vəziyyətin olduqca kəskinləşməsi hətta yerli ictimaiyyətdə və xarici aləmdə Ukraynanın ərazi bütünlüyünün qorunub saxlanmasına şübhə ifadə edən fikirlərin səsləndirilməsinə gətirib çıxardı. Məlumatlara görə, Rusiya prezidenti Vladimir Putinin köməkçisi Sergey Qlazyev Rusiya mətbuatına müsahibəsində bildirib ki, federativ dövlət quruluşuna keçməklə Ukrayna daxildəki ziddiyyətlərin daha da kəskinləşməsinin qarşısını ala bilər.
Rəsmi Kiyev isə vəziyyəti nizamlamaq üçün müxalifətlə əməkdaşlıq etməyə çalışır. Bu məqsədlə, hakimiyyət ciddi güzəştlərə getmək qərarına gəlib. Belə ki, bir neçə gün əvvəl, Ukrayna prezidenti Viktor Yanukoviç imzaladığı fərmanla Nikolay Azarovu baş nazir vəzifəsindən azad edib. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib. Hazırda, baş nazir səlahiyyətlərini baş nazirin birinci müavini Sergey Arbuzov icra edir.
Ukrayna prezidenti V.Yanukoviç müxalifətlə koalisiya hökumətinin yaradılmasına da hazırdır. Lakin bu məsələdə bəzi fikir ayrılıqları var. Xatırladaq ki, yanvarın sonlarında “Batkivşina” fraksiyasının lideri Arseni Yatsenyuk prezidentin Nazirlər Kabinetinə rəhbərlik etmək təklifini rədd etmişdi. Sonralar o bəyan etmişdi ki, yalnız müxalifət nümayəndələrindən təşkil ediləcəyi halda Ukrayna hökumətinə rəhbərlik etməyə hazırdır. Rəsmi Kiyev isə müxalifətin Nazirlər Kabinetinin bütün tərkibini formalaşdırmaq təklifini qəbuledilməz sayır.
Müxalifətin tələblərindən biri də tezliklə yeni konstitusiyanın qəbul olunmasıdır. Lakin parlamentin rəhbəri konstitusiyanın qəbulunun sentyabr ayından tez mümkün olmayacağını bildirib.
Bu arada, Ukraynadakı proseslərdə marağı olan güclər də hadisələrə təsir göstərmək üçün fəallıq nümayiş etdirirlər. Rusiya və Qərb dövlətlərinin rəsmiləri bir-birini Ukraynanın daxili işlərinə qarışmaqda ittiham edirlər. Bir müddət əvvəl V.Nulandın ABŞ-ın Ukraynadakı səfiri ilə telefon danışığının mediaya sızdırılan səs yazısı Qərb dövlətlərinin ölkədəki proseslərə, hakimiyyətin yenidən formalaşdırılmasına böyük maraq göstərdiklərini təsdiq etdi.
Xüsusən də, Ukrayna üzərində geosiyasi maraqları toqquşan tərəflər cəlbedici təkliflərlə rəsmi Kiyevin siyasi oriyentirini dəyişməyə çalışırlar. Məsələn, Rusiya ötən ilin sonlarında Ukraynaya 15 milyard dollar həcmində yardım göstərəcəyini bəyan edib. Doğrudur, başlanğıcda Qərb Ukrayna hakimiyyətinə qarşı sərt ritorika nümayiş etdirdi, geniş sanksiyaların tətbiq olunacağı ilə hədələdi. Lakin son günlərdə Avropa İttifaqının mövqeyində bir qədər yumşalma hiss olunur. Bir neçə gün əvvəl “The Wall Street Journal” nəşri Brüsseldə və Vaşinqtondakı rəsmi şəxslərə istinadən Aİ və ABŞ-ın Ukraynaya qısamüddətli maliyyə yardımı zərfi üzərində işlədiyi haqqında məlumat vermişdi. Məlumata görə, yardımın göstərilməsi üçün əsas şərt iqtisadi və siyasi islahatların aparılması olacaq. Elə həmin gün ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki jurnalistlərə bəyan edib ki, Ukraynaya iqtisadi yardım haqqında qərar yalnız ölkədə yeni hökumətin formalaşmasından sonra mümkündür. Daha sonra o, əlavə edib ki, maliyyə yardımının həcmi barədə danışmaq hələ tezdir. Həmçinin, ABŞ dövlət katibinin Avropa və Rusiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland ölkəsinin Ukraynaya maliyyə yardımı göstərməyə hazır olduğunu, lakin bunun, yalnız həmin ölkədə islahatların keçirilməsindən sonra mümkün ola biləcəyini bildirib.
Göründüyü kimi, bütün tərəflər Ukrayna üzərində öz şərtlərini gerçəkləşdirməyə çalışırlar. İndiki vəziyyətdə iğtişaşların ölkənin şərqinə doğru irəliləməsi isə siyasi və sosial sabitliyin təmin olunmasını daha da çətinləşdirə bilər.
Hülya
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

