Neft qiymətləri Yaxın Şərqdəki münaqişə başlayandan bəri 40 faizdən çox artıb
17.03.2026 [23:47]
Yaxın Şərqdəki münaqişə başlayandan bəri neft qiymətləri 40 faizdən çox bahalaşıb.
AZƏRTAC xəbər verir ki, artıq üçüncü həftəyə keçən Yaxın Şərqdəki gərginlik enerji bazarlarındakı qeyri-müəyyənlik və neft qiymətindəki volatilliyə öz təsirini davam etdirir. Regionda enerji infrastrukturuna artan hücumlar fonunda neft qiymətləri təxminən bir həftə ərzində ilk dəfə ucuzlaşdıqdan sonra yenidən yüksəlişə keçib. Artan hücumlar qlobal enerji təchizatının perspektivini daha da çətinləşdirib. Birləşmiş Ərəb Əmirliklərindəki əsas yataqlardan birində əməliyyatlar dayandırıb, İraqdakı neft yatağı və BƏƏ limanı hədəf alınıb.
Mühaqişə Körfəz istehsalçılarının ixrac potensialını zəiflədib, emal proseslərində fasilələrə səbəb olub və dizel istehsalı üçün uyğun xam neft növlərinin axınını ciddi şəkildə azaldıb. Körfəzdən xam neft ixracının təxminən 60 faizi orta və ağır xam neftdən ibarətdir və Yaxın Şərqdən kənarda bu növ nefti tədarük edə biləcək alternativ istehsalçılar olduqca məhduddur.
Hörmüz boğazından daşınmaların demək olar ki, tamamilə dayandırılması isə xüsusilə Asiyadakı istehlakçılara təsir göstərməyə başlayıb. Asiyada bəzi ölkələrdə yanacaq xərcləri son günlərdə ikiqat artıb. Çin və Taylanddan sonra Koreya Respublikası da daxili bazarını qorumaq üçün ixracı məhdudlaşdırmağa başlayıb.
Ekspertlərin fikrincə, Yaxın Şərqdən, eləcə də qlobal miqyasda enerji nəhənglərindən hər gün gələn yeni xəbərlərin çoxluğu birjalarda qiymətlərin hər gün yuxarı və aşağı iqtiqamətli dəyişməsinə səbəb olur. Eyni vaxtda təxminən 100 fərqli inkişaf baş verir. Bazar nə qədər tədarükün dayandırıldığını və bunun nə qədər davam edəcəyini anlamağa çalışır. Yaxın Şərqdəki müharibənin yaratdığı tarixdəki ən böyük neft bazarı şokunun xam neftdən savayı reaktiv yanacaq və dizel yanacağı kimi məhsulların qiymətinə də daha çox təsir göstərir. Belə ki, bir çox emal olunmuş məhsullarındakı qiymət artımı xam neftə nisbətən daha güclü olub.
Ötən həftə Beynəlxalq Enerji Agentliyi (IEA) 32 üzv ölkənin ümumilikdə 400 milyon barel strateji neft ehtiyatlarından istifadə edəcəyini açıqlayıb. Yaponiya həftənin əvvəlində strateji neft ehtiyatlarından istifadə etməyə başlayıb. ABŞ isə strateji ehtiyatların ilk neft partiyasını istifadə etməyə hazırlaşır. Qlobal miqyasda əlaqələndirilən strateji neft ehtiyatlarının istifadəsinin lazım gələrsə artırıla bilər. ABŞ və müttəfiqlərinin isə enerji bazarlarında tədarük şoklarına qarşı ayıq-sayıq qaldıqları bildirilir.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

