Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Pentaqonun arxivində iki mindən çox UNO hadisəsi var imiş

Pentaqonun arxivində iki mindən çox UNO hadisəsi var imiş

16.03.2026 [13:29]

ABŞ hökuməti uçan naməlum obyektlərlə (UNO) bağlı məlumatların açıqlanmasına daha ciddi yanaşsa da, bu mövzuda akademik tədqiqatlar hələ də məhdud qalır.

Lent.az xəbər verir ki, bu barədə naməlum anomal hadisələr üzrə tədqiqatçı Darrell Evans "Live Science" saytına müsahibəsində danışıb.

O hesab edir ki, hökumətin bu mövzuya artan diqqətinə baxmayaraq, universitetlər və elmi qurumlar hələ də UNO ilə bağlı araşdırmalara fəal şəkildə qoşulmurlar.

ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin fevralında Pentaqona və digər federal qurumlara UNO və ya naməlum anomal hadisələrlə bağlı hökumət sənədlərinin açıqlanmasını tapşırıb.

Hazırda Pentaqonun bu hadisələri araşdıran qurumu olan AARO-nun məlumat bazasında 1945-ci ildən bəri qeydə alınmış 2 mindən çox belə hadisə yer alır. Bu məlumatların əksəriyyəti hərbçilər və pilotlar tərəfindən təqdim olunub.

Sorğular göstərir ki, bir çox alim mövzunun vacib olduğunu düşünsə də, karyeralarına zərər dəyə biləcəyindən ehtiyat edərək bu sahədə araşdırmalardan uzaq durur.

Paylaş:
Baxılıb: 535 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31