Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Hakan Fidan: İran ətrafındakı müharibə bütün regiona yayılmaqdadır

Hakan Fidan: İran ətrafındakı müharibə bütün regiona yayılmaqdadır

15.03.2026 [14:42]

Sabitlik və sülh Türkiyənin xarici siyasəti üçün prioritet olaraq qalır. Bu gün İran ətrafındakı müharibənin tədricən bütün bölgəyə yayılmasını həyəcanla izləyirik. Münaqişə dərhal bitməli, tərəflər isə diplomatik masaya qayıtmalıdırlar. Ankara bu istiqamətdə fəal səylərini davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada banqladeşli həmkarı Xalilur Rahmanla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

H.Fidan vurğulayıb ki, “Türkiyənin regionda sülhə nail olmaq üçün səmimi səyləri Ankaranın milli təhlükəsizlik tələblərindən geri çəkiləcəyi anlamına gəlmir”.

Bu baxımdan, o, ölkənin cənubu üzərində daha bir İran ballistik raketinin ələ keçirilməsini xatırladıb. “Biz bu yolverilməz hadisə ilə bağlı İran tərəfi ilə əlaqə saxlayırıq”, - deyə türkiyəli nazir bildirib və Ankaranın təxribatlara təslim olmayacağını vurğulayıb.

“Ankara bu ədalətsiz müharibəyə cəlb olunmaq istəmir. İrana hücumlar dərhal dayandırılmalıdır, həmçinin İranın region ölkələrinə hücumları da dayandırılmalıdır. Digər dövlətlər də təxribatlara uymamalıdırlar. İranın ətrafındakı münaqişə qlobal iqtisadi sabitliyi təhdid edir. İqtisadi sahədə mənfi nəticələr artıq bu gün hiss olunur”, - deyə o bildirib.

Paylaş:
Baxılıb: 586 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31