Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Vyetnamda parlamentə və yerli şuraya seçkilər keçirilir

Vyetnamda parlamentə və yerli şuraya seçkilər keçirilir

15.03.2026 [12:30]

Vyetnam qanunverici orqanı olan Milli Assambleyaya və 2026-2031-ci illər üçün bütün səviyyələrdə xalq şuralarına seçkilər keçirilir.

AZƏRTAC xəbər verir ki, səsvermə prosesi yerli vaxtla səhər saat 7:00-da başlayıb. Təxminən 79 milyon seçicinin saat 19:00-dək 72 min 195 məntəqədə səs verəcəyi gözlənilir. Seçicilər 864 namizəd arasından parlamentə 500 deputat seçəcək, eyni zamanda, kommuna və əyalət səviyyələrində xalq şuralarının üzvlərinə səs verəcəklər.

Yerli medianın məlumatına görə, seçici fəallığı müşahidə olunur. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Tol Lam başda olmaqla, ölkənin rəhbər şəxsləri səs veriblər.

Seçkinin nəticələri martın 25-dən gec olmayaraq elan ediləcək. Parlamentin yeni tərkibdə ilk sessiyasının aprelin 6-da keçirilməsi planlaşdırılıb.

Paylaş:
Baxılıb: 536 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31