Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Estoniya XİN: NATO zəruri bilsə, ölkədə nüvə silahı yerləşdirilə bilər

Estoniya XİN: NATO zəruri bilsə, ölkədə nüvə silahı yerləşdirilə bilər

18.02.2026 [19:32]

NATO-nun müdafiə planları çərçivəsində qərar veriləcəyi təqdirdə, Estoniya hakimiyyəti ölkə ərazisində nüvə silahı yerləşdirilməsini istisna etmir.

AZƏRTAC xəbər verir ki, bunu Baltikyanı respublikanın xarici işlər naziri Marqus Saxkna dövlət televiziyasının efirində açıqlayıb.

“Biz ərazimizdə nüvə silahı yerləşdirilməsinin əleyhinə deyilik. Əgər NATO bizim müdafiə planlarımıza müvafiq olaraq, məsələn, ərazimizdə nüvə silahının yerləşdirilməsini zəruri hesab edərsə, bunu istisna edəcək heç bir doktrinamız yoxdur”, - deyə nazir vurğulayıb.

Hələ ötən ilin iyun ayında müdafiə naziri Hanno Pevkur bildirmişdi ki, Estoniya öz ərazisində nüvə başlıqları daşıya bilən NATO təyyarələrini yerləşdirməyə hazırdır.

Paylaş:
Baxılıb: 578 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31