Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İrakli Kobaxidze: Gürcüstanda universitet çoxdur, keyfiyyət isə yoxdur

İrakli Kobaxidze: Gürcüstanda universitet çoxdur, keyfiyyət isə yoxdur

16.02.2026 [16:17]

Gürcüstandakı universitetlərin sayı Niderland, İsveçrə və Avstriyadan çox olsa da, onların heç biri nüfuzlu beynəlxalq reytinqlərdə qərarlaşa bilməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze "İmedi TV"nin efirində bildirib.

Baş nazir qeyd edib ki, hazırda ölkədə 64 universitet fəaliyyət göstərir. Bu kəmiyyət göstəricisi bir çox Avropa ölkəsindən yüksək olsa da, təhsilin keyfiyyəti ciddi suallar doğurur. Kobaxidzenin sözlərinə görə, daxili rəqabətin olması hələ xarici bazarda rəqabətədavamlılıq demək deyil.

"Mövcud çətin vəziyyəti beynəlxalq reytinqlər riyazi dəqiqliklə təsdiqləyir. Məsələn, nüfuzlu “Times Higher Education” reytinqinə nəzər salsaq, Gürcüstanın heç bir ali təhsil müəssisəsi ən yaxşı 1200 universitet siyahısında yer almayıb. Hamısı bu pillədən aşağıdadır. Bu, universitetlərimizdə təhsilin keyfiyyətinin aşağı olmasının bariz göstəricisidir", - deyə Baş nazir vurğulayıb.

Paylaş:
Baxılıb: 620 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31