Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Mark Rütte: Avropanın kollektiv təhlükəsizliyə baxışı dəyişib

Mark Rütte: Avropanın kollektiv təhlükəsizliyə baxışı dəyişib

13.02.2026 [21:18]

Avropanın kollektiv təhlükəsizliyə baxışı kökündən dəyişib, ölkələr müdafiə sahəsinə investisiya qoymaq və NATO-da daha fəal rol oynamaq istəyirlər.

AZƏRTAC xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Brüsseldə alyansın müdafiə nazirləri ilə görüşdən sonra deyib. Onun sözlərinə görə, Avropa ölkələrinin əhval-ruhiyyəsində köklü dəyişiklik baş verib. Onlar onilliklərdir ki, Avropanın müdafiə xərclərinin kifayət qədər olmaması ilə bağlı ABŞ-ın şikayətlərini dinləyirdilər. Lakin Haaqa sammitindən bəri vəziyyət dəyişib.

“Avropa NATO-da liderlik rolunu getdikcə öz üzərinə götürür və müdafiəyə, təhlükəsizliyə daha çox pul xərcləməyə hazırdır”, - deyə Rütte Münhen Təhlükəsizlik Konfransı çərçivəsindəki çıxışında bildirib.

Donald Tramp ABŞ prezidenti seçildikdən sonra Avropanı NATO-ya yetərincə vəsait ayırmadığına görə dəfələrlə tənqid edib və bütün üzv ölkələrin müdafiə xərclərini ÜDM-in 5 faizinədək artırmasını istəyib.

Paylaş:
Baxılıb: 640 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31