BMT pilotsuz nəqliyyat vasitələrinin təhlükəsiz istifadəsi üçün qlobal reqlament təqdim edib
10.02.2026 [12:25]
Birləşmiş Millətlər Təşkilatı tam avtonom nəqliyyat vasitələrinin təhlükəsiz şəkildə istifadəsini təmin etməyə yönəlmiş qlobal qaydalar toplusunu təqdim edib. AZƏRTAC təşkilatın mətbuat xidmətinə istinadla xəbər verir ki, avtomatlaşdırılmış idarəetmə sistemləri sahəsində Qlobal Reqlament layihəsi on illik texnoloji hazırlıqdan və iki il davam edən intensiv beynəlxalq məsləhətləşmələrdən sonra hazırlanıb.
Qeyd olunur ki, on il əvvəl bir çox ekspertlər sürücüsüz avtomobillərin artıq 2020-ci ilə qədər yollarda adi hala çevriləcəyini proqnozlaşdırırdılar. Lakin texnologiyada əldə olunan əhəmiyyətli irəliləyişlərə baxmayaraq, bu cür nəqliyyat vasitələrinin tətbiqi daha uzunmüddətli tədqiqatlar, işləmələr və aydın, etibarlı normativ bazanın formalaşdırılmasını tələb edib.
Reqlament layihəsi BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) avtomatlaşdırılmış, avtonom və internetə qoşulmuş nəqliyyat vasitələri üzrə İşçi Qrupu tərəfindən 19–23 yanvar tarixlərində keçirilmiş iclasda təsdiqlənib. Sənəd avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz olunmuş nəqliyyat vasitələri üçün təhlükəsizlik üzrə vahid tələbləri və metodologiyasını müəyyən edir, həmçinin sürücünün nəzarətini tələb etməyən tam avtonom avtomobillərin yollara buraxılmasına imkan yaradır.
BMT AİK-in icraçı katibi Tatyana Molçan bildirib ki, layihə üzrə işlərin başa çatdırılması BMT platforması əsasında hazırlanmış tənzimləyici mexanizmlərin qlobal əhəmiyyətini nümayiş etdirir. Onun sözlərinə görə, AİK çərçivəsində işlənib hazırlanmış harmoniyalaşdırılmış qaydalar milli yanaşmaların parçalanmasının qarşısını almaq, iqtisadi səmərəliliyi maksimuma çatdırmaq, eləcə də avtomobil sənayesində təhlükəsizlik və innovasiyaları dəstəkləmək üçün zəruridir.
İşçi Qrupun sədri Rihard Damm isə təhlükəsizliyin, innovasiyaların və ictimai etimadın eyni vaxtda inkişaf edə biləcəyini vurğulayıb. O qeyd edib ki, qlobal səviyyədə aparılan iş sənaye üçün şəffaflıq, istehlakçılar üçün isə etibar yaradır.
Məlumata görə, reqlament layihəsi 2022-ci ildə qəbul edilmiş avtomatlaşdırılmış nəqliyyat vasitələri üzrə Çərçivə sənədinə, eləcə də 2024-cü ilin iyununda təsdiqlənmiş avtomatlaşdırılmış idarəetmə sistemləri üçün tələblər, qiymətləndirmələr və sınaq metodları üzrə tövsiyələrə əsaslanır.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24

