BMT-də süni intellektin uşaqlar üçün artan təhlükələri barədə xəbərdarlıq edirlər
01.02.2026 [16:43]
Süni intellekt vasitəsilə yaradılan böyük həcmdə zərərli məzmun internetdə yayılır. Bununla əlaqədar BMT strukturları uşaqların zorakılıqdan, istismardan və psixoloji travmalardan qorunması üçün təcili kompleks tədbirlərin görülməsinə çağırış edib.
AZƏRTAC xəbər verir ki, tövsiyə və rəhbər prinsiplərdən ibarət birgə bəyanatı hazırlayan qurumlardan biri olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Kosmas Zavaza uşaqların üzləşdiyi təhlükələrin geniş dairəsi barədə məlumat verib. Söhbət “qruminq”dən (böyüklərin uşağa və onun ailə üzvlərinə etimad qazanmaq və sonradan onu yoldan çıxarmaq məqsədilə uzunmüddətli yaxın və etibarlı münasibətlər qurması), “dipfeyk”lərdən (insanın zahiri görkəmini manipulyasiya edən video və ya audioyazılar), rəqəmsal xidmətlərə zərərli funksiyaların yerləşdirilməsindən, kiberzorakılıqdan (rəqəmsal texnologiyalardan istifadə etməklə internet üzərindən təqib və hədə-qorxu) və qəbuledilməz məzmuna çıxışdan gedir.
Uşaqların müdafiəsi sahəsində fəaliyyət göstərən təşkilatlar bildirirlər ki, cinayətkarlar uşağın internetdə davranışını, emosional vəziyyətini və maraqlarını təhlil etmək üçün süni intellektdən istifadə edə, cəlbetmə və manipulyasiya strategiyasını daha dəqiq qura bilərlər.
2026-cı ilin əvvəlində uşaqların müdafiəsi məsələləri ilə məşğul olan bir sıra BMT qurumları “Süni intellekt və uşağın hüquqları haqqında” Birgə Bəyanatı imzalayıblar. Sənəddə ciddi risklərin mövcudluğu və cəmiyyətin hələlik onların öhdəsindən gəlməyə hazır olmadığı birbaşa qeyd olunur.
Bəyanatda uşaqların, müəllimlərin, valideynlərin və qəyyumların süni intellekt barədə bilik səviyyəsinin aşağı olması, habelə dövlət orqanlarında süni intellektin tənzimlənməsi, məlumatların qorunması və texnologiyaların uşağın hüquqlarına təsirinin qiymətləndirilməsi sahəsində texniki hazırlığın yetərli olmaması vurğulanır.
Texnologiya nəhənglərinin roluna ayrıca diqqət yetirilir. Bəyanatda qeyd olunur ki, süni intellekt əsasında işləyən alətlərin əksəriyyəti, eləcə də onların əsasını təşkil edən modellər, metodlar və sistemlər hazırda uşaqların maraqları və rifahı nəzərə alınmadan hazırlanır.
“Biz həqiqətən narahatıq və istəyirik ki, özəl sektor fəal iştirakçı olsun, digər BMT qurumları və tərəfdaşlarla birlikdə formalaşdırdığımız ümumi prosesin bir hissəsinə çevrilsin. Texnologiyalar inkişaf aləti ola bilər, lakin eyni zamanda zərər də vura bilər”, – deyə Zavaza bildirib.
O, həmçinin şirkətlərin məhsullarını daha təhlükəsiz etməyə hazır olduqlarına əminliyini ifadə edib: “Əvvəlcə onların innovasiyaların məhdudlaşdırılacağından ehtiyat etdiklərini hiss edirdik, lakin bizim mesajımız çox aydındır: süni intellektdən məsuliyyətli istifadə etməklə gəlir əldə etmək, biznes aparmaq və bazar payını qorumaq mümkündür”.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

