Ukrayna məsələsi ilə bağlı Cenevrə görüşündə ABŞ-ın sülh planına dəyişikliklər edilib
24.11.2025 [10:17]
ABŞ-ın Ukraynadakı müharibə ilə bağlı irəli sürdüyü 28 maddəlik sülh planı Birləşmiş Ştatlar, Ukrayna və Avropanın bir sıra dövlətlərinin nümayəndələri tərəfindən Cenevrədə keçirilən toplantıda ətraflı müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio və Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak görüşdən sonra mətbuata bəyanatlarında toplantıda vacib müzakirələrin aparıldığını bildiriblər.
M.Rubio Ukrayna, ABŞ və Avropa nümayəndələri ilə sülh planının müzakirəsinə dair toplantının nəticələrindən nikbinliyini ifadə edərək, onu indiyədək keçirilmiş ən məhsuldar görüş adlandırıb. O, həm Ukraynanın, həm də ABŞ-ın razı qala biləcəyi yekun sənədə yaxınlaşmaq üçün təkliflərdə müəyyən dəyişikliklərin və düzəlişlərin ediləcəyini bildirib. Buna baxmayaraq, bəzi məsələlərin açıq qalması ilə bağlı suallara cavabında M.Rubio həmin məsələlərin heç birinin keçilməz maneə olmadığını ifadə edib. O, danışıqların növbəti mərhələsinə toxunaraq bildirib ki, sənəd hər iki ölkənin prezidentləri tərəfindən təsdiqlənməlidir, lakin əldə edilən irəliləyişləri nəzərə alaraq, bunun baş verəcəyinə inam böyükdür. Dövlət katibi, həmçinin vurğulayıb ki, Rusiyanın da plana razılıq verməsi zəruridir.
A.Yermak da M.Rubionun görüşün məhsuldar keçməsi barədə fikrini təsdiqləyərək, ABŞ Prezidenti Donald Trampa və komandasına səylərinə görə, təşəkkürünü bildirib. O, danışıqların davam etdiriləcəyini, yekun qərarın ABŞ və Ukrayna prezidentləri tərəfindən veriləcəyini qeyd edib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə görüşdən sonra videomüraciətində Cenevrə danışıqlarını müsbət qiymətləndirib və onların mövqelərinin ABŞ tərəfindən nəzərə alındığını vurğulayıb.
Almaniya Kansleri Fridrix Merts də görüşdən sonra X hesabında paylaşdığı videomüraciətdə qan tökülməsinin dayandırılmasının vacibliyini qeyd edərək bildirib ki, artıq məsələ Rusiyanın danışıqlar masasının arxasına keçməsindən və bu müharibəyə son qoymasından asılıdır: “Mən Avropadakı bütün siyasi tərəflərlə, həmçinin Ukrayna və ABŞ ilə tam həmrəyəm. Qan tökülməsi dayanmalı, müharibəyə son qoyulmalıdır. İndi bunu etmək ilk növbədə Rusiyanın əlindədir. Biz hazırda danışıq mövqeyi formalaşdırırıq və ümid edirəm, bu elə olacaq ki, Ukrayna və ABŞ-la birlikdə təkcə Avropa tərəfindən razılaşdırılmasın, ilk növbədə Rusiyanı danışıqlar masasına gəlməyə vadar etsin”.
Qeyd edək ki, Cenevrə görüşü ABŞ Administrasiyasının Ukrayna müharibəsi ilə bağlı ötən həftə təqdim etdiyi 28 maddəlik sülh planı ətrafında yaranmış fikir ayrılığının müzakirəsi zərurətindən ortaya çıxmışdı. ABŞ-ın təklif etdiyi plana əsasən, Ukrayna ölkənin şərqində bir neçə vilayəti Rusiyaya verməli, NATO-ya üzvlükdən imtina etməli, ordusunun şəxsi heyətinin sayını 600 min nəfərlə məhdudlaşdırmalı, uzaqmənzilli silahlardan istifadə etməməlidir.
Bu, Ukraynada və Avropa ölkələrində ciddi etirazla qarşılanmışdı. Avropalı liderlər sülh prosesində qitə ölkələrinin də iştirakının vacibliyini irəli sürmüşdülər. Avropa və digər ölkələrin liderlərinin G20 çərçivəsində qəbul etdikləri bəyanatda sərhədlərin zorla dəyişdirilməsinin yolverilməzliyi və sülh məsələsində Avropa İttifaqı və NATO üzvlərinin razılığının tələb olunduğu vurğulanmışdı. Almaniya Kansleri də G20 Sammiti çərçivəsində media nümayəndələrinə açıqlamasında hər hansı həllin həyata keçməsinin həm Ukraynanın, həm də Avropanın razılığını tələb etdiyini bildirmişdi: “Bu müharibə yalnız Ukraynanın və bizim, yəni Avropanın razılığı ilə başa çata bilər. Çünki, müharibə Avropa qitəsində baş verir”.
Xəbər lenti
Hamısına baxElm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19

