/ / Tufan Erhürman Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti kimi səlahiyyətlərinin icrasına başlayıb
Tufan Erhürman Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti kimi səlahiyyətlərinin icrasına başlayıb
25.10.2025 [08:08]
Lefkoşada Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) altıncı Prezidenti Tufan Erhürmanın andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də ŞKTC hökumət üzvləri, deputatlar və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.
Beşinci Prezident Ersin Tatar, xanımı Sibel Tatarla birlikdə ŞKTC Prezident Administrasiyasının binası qarşısında yeni seçilmiş dövlət başçısını qarşılayıb.
Tədbirdə çıxış edən Tufan Erhürman əsas prioritet vəzifəsinin Şimali Kipr xalqının maraqlarını müdafiə etmək olduğunu bildirib.
Yeni Prezident vurğulayıb ki, Şimali Kiprin sakinlərinin öz ölkələri ilə fəxr etmələri üçün çalışacaq və hər zaman xalqın yanında olacaq.
Dövlət başçısı Kipr türklərini “Kiprin iki bərabərhüquqlu tərəfdaşından biri” adlandıraraq qeyd edib ki, “Kipr türkləri ada resursları üzərində yunan kiprlilər qədər eyni hüquqlara malikdirlər”.
Tufan Erhürman əlavə edib ki, “Kipr yunanlarının malik olduğu suverenlik səviyyəsi ilə türklərin suverenliyi eynidir” və vurğulayıb ki, Lefkoşa heç vaxt ziddiyyətlərin həlli üzrə danışıqlardan qaçmayıb.
“Adada uzunmüddətli sülh və sabitlik yalnız Kipr türklərinin və zəmanətçi ölkə olan Türkiyənin maraqları nəzərə alındığı halda mümkündür”, – deyə siyasətçi qeyd edib.
ŞKTC-nin yeni Prezidenti, həmçinin Türkiyə ilə əməkdaşlığın daha da dərinləşdirilməsinə səy göstərəcəyini bəyan edib.
Çıxışlardan sonra Tufan Erhürmanın adından rəsmi qəbul təşkil olunub.
Xəbər lenti
Hamısına baxİdman
06 Sentyabr 22:40
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02

