Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib
24.07.2025 [22:41]
Tailand iki ölkə arasında sərhəd gərginliyindən sonra Kamboca ilə diplomatik əlaqələri məhdudlaşdırmaq qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, Tailandın Baş nazirinin ofisi ölkənin xarici işlər naziri Phumtham Veçayaçaya Kambocadakı səfiri geri çağırmaq, bu ölkənin Tailanddakı səfirini isə ölkədən çıxarmaq barədə tapşırıq verib. Bundan başqa, Tailand Kamboca ilə bütün sərhəd-keçid məntəqələrini bağlayıb.
Kambocanın buna cavabı da adekvat olub. Xarici İşlər Nazirliyi ölkənin Tailanddakı bütün diplomatik heyətini geri çağırıb.
Qeyd edək ki, iyulun 24-də iki ölkə arasındakı mübahisəli sərhəd ərazidə insident olub. Tailand tərəfi iddia edir ki, kambocalı əsgərlərin ərazidə yaxın vaxtlarda basdırdığı minanın partlaması nəticəsində 5 hərbçi yaralanıb. Tailand Kambocanın bu addımının Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Konvensiyasına (Ottava Konvensiyası) zidd olduğunu bəyan edib.
Kamboca isə bu iddiaları rədd edərək, mina insidentinin tailandlı əsgərlərin qarşılıqlı razılaşdırılmış patrul marşrutlarından uzaqlaşması nəticəsində baş verdiyini bildirib. “Kamboca dəfələrlə Tailand tərəfinə bu ərazilərdə hələ də zərərsizləşdirilməmiş bir çox mina və müharibə qalıqlarının olduğunu xatırladıb və 2000-ci il Anlaşma Memorandumunda göstərildiyi kimi qarşılıqlı razılaşdırılmış patrul marşrutlarına zidd hərəkətlərdən çəkinməyə çağırıb”, - deyə Kamboca Müdafiə Nazirliyinin rəsmisi general-leytenant Mali Soçeata bildirib.
Medianın məlumatına görə mina insidentindən sonra mübahisəli ərazidə iki ölkənin hərbçiləri arasında atışma olub. Tailand tərəfdə yaşayış məntəqəsinə mərmilərin düşməsi nəticəsində 12 mülki şəxsin ölməsi, habelə Tailand hərbi təyyarələrinin Kamboca ordusunun 2 postunu dağıtması barədə xəbərlər yayılıb.
Xatırladaq ki, Kamboca-Tailand sərhəd münaqişəsi iki ölkə sərhədində 2008-ci ildə silahlı toqquşmalarla başlayıb. Münaqişənin kökündə Kamboca və Tailand krallıqları arasında yerləşən Preahvihear məbəd kompleksi ətrafındakı ərazilərə dair əsrlər boyu davam edən mübahisədir.
Xəbər lenti
Hamısına baxHadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13

