Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tramp Ukrayna-Rusiya danışıqları ilə bağlı İstanbula səfərini istisna etmir

Tramp Ukrayna-Rusiya danışıqları ilə bağlı İstanbula səfərini istisna etmir

15.05.2025 [13:55]

İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının nəticə verəcəyinə ümidini ifadə edən ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər etməyi planlaşdırmadığını, lakin “lazım gələrsə” ora gedəcəyini söyləyib.

AZƏRTAC xəbər verir ki, Bloomberg agentliyi bu barədə Birləşmiş Ştatların dövlət başçısına istinadla məlumat yayıb.

Donald Tramp jurnalistlərdən birinin Rusiya Prezidenti Vladimir Putinin Ukrayna üzrə danışıqların keçiriləcəyi İstanbula nə üçün getmədiyi ilə bağlı sualına cavab verib. “Mən orada olmadığım üçün Vladimir Putinin də gələcəyini düşünmürdüm. Mənim olmadığım yerə o niyə getsin?” - deyə ABŞ lideri bildirib.

Bu arada Türkiyə Prezidentinin Administrasiyasından bildiriblər ki, hakimiyyət orqanları Donald Trampın İstanbula mümkün səfəri ilə bağlı hələlik informasiya almayıblar.

Xatırladaq ki, mayın 15-də İstanbul şəhərində Ukrayna ilə Rusiya nümayəndə heyətləri arasında danışıqlar gözlənilir. Son məlumata görə, görüş günün ikinci yarısında başlayacaq.

Paylaş:
Baxılıb: 296 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31