“Titrəyən iflic”
11.04.2025 [08:29]
Parkinsonla Mübarizə Günüdür
Dopamin beyin hüceyrələri arasında elektrik rabitəsini təmin edən maddələrdən biridir. Dopaminlə işləyən beyin hissəsi hərəkətlərimizi məqsədəuyğun şəkildə tənzimləməyə imkan verən bölgədir. Parkinson xəstəliyi dopaminlə əlaqə quran hüceyrələrin yüzdə 80-nin itkisi ilə ortaya çıxır.
Xəstəliyə daha çox yaşlılar arasında rast gəlinir, lakin son illər bütün dünyada xəstəliyin əlamətləri ilə daha erkən-40, hətta 35 yaşda da üzləşmək mümkündür.
Yeri gəlmişkən, hər il aprelin 11-də Dünya Səhiyyə Təşkilatının (DST) təşəbbüsü ilə Parkinson Xəstəliyi ilə Mübarizə Günü kimi qeyd edilir. Həmin günün keçirilməsi xəstəlik barədə ictimaiyyətin məlumatlılığını artırmaq, xəstələrə və onların ailələrinə dəstək olmaq, həmçinin, onun nəticələrini aradan qaldırmaq məqsədi daşıyır. Bu tarix təsadüfən seçilməyib. Belə ki, xəstəliyi təsvir edən ingilis alimi və tədqiqatçı Ceyms Parkinson 1755-ci il aprelin 11-də dünyaya gəlib. XIX əsrin əvvəllərində alim xəstəliyi “titrəyən iflic” adlandırıb.
Xəstəliyin simptomları
Parkinson xəstəliyindən əziyyət çəkən insanların beynindəki dəyişikliklər hərəkətlərin əvvəlkindən daha az olmasına səbəb olur. Bu, nitqdə və ünsiyyətdə problemlərə səbəb ola bilər. Xəstələyin əsas simptomları bunlardır: Tremor- əsmə, hərəkətin yavaşlığı, əzələ sərtliyi, balans problemləri, qoxu itkisi, nevralgiya, sidik ifrazı ilə bağlı problemlər və qəbizlik.
Kişilərdə xəstəliyə yoluxma daha çoxdur
Parkinson Fondunun məlumatlarına görə, bütün dünyada Parkinson xəstəliyi ilə mübarizə aparan insanların sayı artıq 10 milyonu keçib. Məlumatlar göstərir ki, kişilərdə xəstəliyə yoluxma qadınlara nisbətən 1,5 dəfə çoxdur. Bundan başqa, xəstəliyə yoluxanların əksəriyyəti 60 yaşdan yuxarı insanlardır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Parkinsonda əlillik və ölüm riski digər nevroloji xəstəliklərlə müqayisədə daha sürətli artır. Xəstəlikdən ölənlər 2019-cu ildə 2000-ci illə müqayisədə 100 faiz artaraq 329 min nəfərə çatıb.
Aclıq, iqlim dəyişikliyi və xəstəlik kimi qlobal problemlərə dair elmi məlumatları dərc edən “Our World in Data” internet saytının məlumatına görə, Avropa qitəsi 2019-cu ildə Parkinson xəstəliyindən ölüm hallarının ən çox baş verdiyi yerlər sırasındadır. Yunanıstan “Parkinson xəstəliyindən ən çox ölən Avropa ölkəsi” olaraq qeydə alınıb.
2030-cu ilə qədər...
2019-cu ilin məlumatlarına görə, Yunanıstanda hər 100 min nəfərə 25,2, İslandiyada 15,6, Finlandiyada 15,4, Almaniyada 15,1, İtaliyada 13,9, Albaniyada 12,8, Böyük Britaniyada 12,7, Hollandiyada 12,4, Belçikada 12,3 və Avstriyada 12,32 nəfər düşür.
Bu göstərici Yaponiyada 11, ABŞ-da 10,5, Avstraliyada 8,1 olub. Rusiyada Parkinson xəstəliyindən ölümlər digər ölkələrlə müqayisədə 100 min nəfərə 6,4 nəfər aşağıdır.
Mütəxəssislər xəstəliyə yoluxma və ölüm hallarının sayının artmasını demoqrafik artımla yanaşı, orta ömür müddətinin uzanması ilə əlaqələndirirlər. ABŞ-da hər il 90 min insan Parkinson xəstəliyinə tutulur. Bu ölkədə Parkinson xəstələrinin sayının 2030-cu ilə qədər 1,2 milyona çatacağı təxmin edilir.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, xəstəlik, ABŞ-da ölüm hallarının 14-cü səbəbi arasındadır.
Erkən aşkarlanma kömək edə bilər...
Parkinson xəstəliyi sinir hüceyrələrinin ölümü səbəbindən meydana gələn xroniki bir nevroloji xəstəlikdir. Xəstəliyin şiddəti və simptomları insandan insana dəyişə bilər, lakin dərmanlar, cərrahi müdaxilələr və həyat tərzi dəyişiklikləri xəstəliyin müalicəsində istifadə olunan əsas müalicələrdir. Erkən aşkarlama və müalicə xəstəliyin simptomlarını idarə etməyə və xəstələrin gündəlik həyatını asanlaşdırmağa kömək edə bilər.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45

