Macarıstan BCM-dən çıxarsa...
04.04.2025 [09:36]
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin üzvlüyündən çıxmaq niyyətindədir. Baş nazir Viktor Orbanın aparat rəhbəri Zoltan Kovaks “X” platformasındakı paylaşımında qeyd edib ki, Macarıstan Beynəlxalq Cinayət Məhkəməsini tərk edir. Onun sözlərinə görə, Macarıstanın BCM-dən geri çəkilməsi prosesi artıq başlayıb. Macarıstan mediasının məlumatına görə, hökumət bu qurumda üzvlüyünün dayandırılması ilə bağlı parlamentə qətnamə təqdim etməyə hazırlaşır. Səs çoxluğu ilə qəbul ediləcəyi təqdirdə BCM-dən çıxmaq barədə rəsmi bəyanat veriləcək. Hələ bu ilin fevralında Macarıstanın xarici işlər naziri Peter Siyarto yerli mətbuata açıqlamasında BCM-i tərk etmək məsələsinin nəzərdən keçirildiyini və məhkəmənin siyasi alətə çevrildiyini bəyan etmişdi. Macarıstan hökumətinin bu addımı Aİ-də ciddi narahatlıq yaradıb.
Qeyd edək ki, son bir neçə ildə Qərbin apardığı siyasət Macarıstanın xarici siyasi kursu ilə üst-üstə düşmür. Macarıstan rəhbərliyinin bir çox xüsusi məqamlarda atıdığı addımlar Qərbdəki müəyyən dairələr tərəfindən birmənalı qarşılanmır. Belə demək mümkünsə, kollektiv Qərbin “arzuları” Budapeştin milli maraqları ilə səsləşmir. İndiki məqamda Macarıstanın BCM-ni tərk etməyi planlaşdırması bu baxımdan izah oluna bilər. Eyni zamanda, Avropa İttifaqının Macarıstana, xüsusilə də baş nazir Viktor Orbana münasibəti tamam fərqli yöndədir. Son zamanlar Aİ rəsmilərinin Macarıstanın Aİ-nin üzvlüyündən çıxarılması, o cümlədən Orbana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı çağırışları bu münasibəti aydın şəkildə büruzə verir.
Budapeştin bu addımı nədən irəli gəlir?
Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Budapeşt Beynəlxalq Cinayət Məhkəməsini tərk etməkdə qərarlıdır. “Bu qərar İsrailin baş naziri Benyamin Netanyahunun Budapeştə dövlət səfərinə gəlişindən az əvvəl açıqlanıb. Netanyahunun Qəzzada hərbi cinayətlər törətdiyi iddiası ilə BCM tərəfindən həbsinə order verildiyi hamıya məlumdur. Macarıstanın Baş naziri Viktor Orbanın aparat rəhbəri Cinayət Məhkəməsindən çıxma prosesinin Macarıstanın konstitusiyasına və beynəlxalq hüquqi çərçivəsinə uyğun olaraq başlayacağını bildirib. Bu hərəkət parlamentin təsdiqini tələb edir, parlamentdə Orbanın partiyasın çoxluğu nəzərə alınarsa, prosesin onun istədiyi kimi nəticələnəcəyi gözlənilir. Amma qərarın çıxarılması üçün bir ilə qədər zaman tələb oluna bilər”.
Politoloqun sözlərinə görə, Macarıstanın bu qərarı onun Netanyahunu uzun müddət dəstəkləməsi və BCM-nin hərəkətlərini tənqid etməsi ilə üst-üstə düşür: “Macarıstan hökuməti BCM-nin Netanyahuya qarşı orderini siyasi motivli və qəbuledilməz adlandıraraq rədd edib və Roma Statutunun heç vaxt Macarıstan qanunlarına daxil edilmədiyi üçün məhkəmənin qərarlarının ölkə daxilində icra oluna bilməyəcəyini bəyan edib. Lakin BCM-dən çıxma prosesi davam edərkən, Macarıstan bu müddət ərzində onun qərarlarına əməl etməyə borcludur. Bu barədə BCM-nin rəhbərliyi xəbərdarlıq edib”.
Ə.İbrahimovun fikrincə, Macarıstanın bu addımı Aİ daxilində potensial olaraq presedent yaradacaq. “Əgər Macarıstan BCM-dən çıxarsa, o, BCM-ni tərk edən ilk Aİ ölkəsi olacaq. Ancaq Macarıstanın bu addımı atmaq istəməsinin səbəbini mütəxəssislər müxtəlif aspektlərdən izah edirlər. Kimi Macarıstanla Avropa İttifaqı arasında mövcud olan soyuq münasibətlərin, kimi də də Netanyahu ilə Orban arasında olan dostluq əlaqələrinin bu məsələni tətiklədiyini düşünürlər. Hesab edirəm ki, səbəb nə olursa olsun bu həm BCM-nin nüfuzunun ləkələnməsinə, həm də Macarıstanın Aİ ölkələri sırasında tənqid olunmasına gətirib çıxaracaq”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

