Beyinin qısamüddətli yenidən aktivləşməsi yaddaşı gücləndirir - TƏDQİQAT
31.03.2025 [19:26]
Pensilvaniya Universitetinin tədqiqatçıları beynin yaddaşın konsolidasiyası prosesində oyaqlıq zamanı da aktiv rol oynadığını müəyyən ediblər.
AZƏRTAC “MedicalXpress” saytına istinadla xəbər verir ki, nevrologiya və psixologiya sahəsində aparılan əvvəlki tədqiqatlar yaddaşın gücləndirilməsi prosesinin əsasən yuxu və istirahət zamanı baş verdiyini göstərirdi. Lakin “Nature Neuroscience” jurnalında dərc olunan yeni araşdırma beynin oyaq vaxtlarında da qısa müddətli yenidən aktivləşmə vasitəsilə yaddaşı möhkəmləndirdiyini ortaya qoyur.
Tədqiqatçılar epilepsiya diaqnozu qoyulmuş xəstələrin yaddaş tapşırıqları yerinə yetirərkən kəllədaxili elektroensefaloqrafiya (EEG) vasitəsilə beyin fəaliyyətini ölçüblər. Nəticələr göstərib ki, insan beynində spesifik stimullar kodlaşdırma prosesindən sonra yenidən aktivləşir və bu, yaddaşın daha uzun müddət qorunmasına kömək edir.
Tapıntılara əsasən, beyin müəyyən hadisələri yadda saxlamaq üçün onları istirahət və yuxu zamanı olduğu kimi, oyaqlıq vaxtlarında da təkrar aktivləşdirir. Kodlaşdırma arasındakı qısa fasilələrdə beynin spontan yenidən aktivləşməsi yaddaşın gücləndirilməsinə və daha dəqiq xatırlamağa imkan yaradır. Bu proses yuxu zamanı baş verən yaddaş konsolidasiyasına bənzəsə də fərqli xüsusiyyətlərə malik ola bilər. Tədqiqatçılar hesab edirlər ki, bu nəticələr gələcəkdə tələbələr və yaddaş pozğunluğu olan insanlar üçün yaddaşı gücləndirən yeni metodların hazırlanmasına kömək edə bilər. Hazırda bu proseslərin insanın qavrayış sisteminə necə təsir etdiyi və yaddaşın uzunmüddətli inkişafında hansı rol oynadığı daha dərindən araşdırılır.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

