Yeni araşdırma körpəlik xatirələri haqqında yenilikləri təqdim edir
21.03.2025 [19:31]
İnsanlar həyatlarının ilk illərində çox şey öyrənsələr də bu dövrdən konkret hadisələri xatırlaya bilmirlər. Bu fenomen “uşaq amneziyası” kimi tanınır. Uzun müddətdir qəbul edilən nəzəriyyəyə görə, yaddaşın formalaşmasına cavabdeh olan hipokampus erkən yaşlarda tam inkişaf etmədiyi üçün bu xatirələr uzunmüddətli saxlanılmır. Lakin Yale Universitetində aparılan yeni tədqiqat bu fikri təkzib edə bilər.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, “Science” jurnalında dərc edilən araşdırmada dörd aydan iki yaşa qədər körpələrə yeni şəkillər göstərilib və sonra onların bu görüntüləri xatırlayıb-xatırlamadıqları yoxlanılıb. Məlum olub ki, ilk dəfə bir təsvirə baxarkən hipokampusda aktivlik daha yüksək olduqda körpə həmin təsviri daha sonra tanıya bilirdi. Xüsusilə, hipokampusun epizodik yaddaşla əlaqəli arxa hissəsində aktivlik yüksək olduqda yaddaş güclənirdi.
Əvvəlki araşdırmalar göstərib ki, körpələr erkən yaşlarda statistik öyrənmə yolu ilə məlumatları mənimsəyir, yəni hadisələr arasında nümunələri çıxarır. Lakin bu yeni tədqiqat sübut edir ki, epizodik yaddaş – konkret hadisələrin yadda saxlanılması – əvvəllər düşünüldüyündən daha erkən formalaşa bilər. Araşdırma, həmçinin göstərib ki, bu xatirələr bir yaşından sonra daha möhkəm olur, lakin böyüklər bu xatirələri xatırlaya bilmir. Bunun səbəbi iki fərziyyə ilə izah olunur: ya xatirələr uzunmüddətli yaddaşa çevrilmir, ya da onlar hələ də beynimizdə mövcuddur, lakin biz onlara daxil ola bilmirik. Turk-Brovne və komandası ikinci ehtimalın daha mümkün olduğunu düşünür və hazırda bu istiqamətdə tədqiqatlarını davam etdirir.
Bu tapıntılar uşaq amneziyasının təkcə yaddaşın formalaşması problemi deyil, həm də geri çağırma çətinliyi ola biləcəyini göstərir. Gələcək araşdırmalar körpəlikdə formalaşan xatirələrin hansı formada mövcud qaldığını müəyyənləşdirməyə kömək edə bilər.
Xəbər lenti
Hamısına baxDünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54

