Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Britaniya yüksək rütbəli hərbi liderlərin qapalı görüşünə ev sahibliyi edir

Britaniya yüksək rütbəli hərbi liderlərin qapalı görüşünə ev sahibliyi edir

20.03.2025 [19:31]

Bu gün Britaniya yüksək rütbəli hərbi liderlərin qapalı görüşünə ev sahibliyi edir.

AZƏRTAC “BBC”yə istinadla xəbər verir ki, görüşdə Ukrayna üçün nəzərdə tutulan sülhməramlı qüvvə ilə bağlı planların müzakirə ediləcəyi gözlənilir. Təxminən 20-dən çox ölkə bu müzakirələrə qatılacaq. Baş nazir Kir Starmerin günortadan sonra görüşə qoşulacağı gözlənilir. O, bundan əvvəl Barro şəhərinə səfər edərək Britaniyanın yeni nəsil nüvə başlıqlı sualtı qayığının inşasında əsas hissənin qoyulması mərasimində iştirak edəcək.

Qərb dövlətlərinin rəhbərliyi ilə Ukrayna üçün sülhməramlı qüvvə planlarının artıq əməliyyat mərhələsinə keçdiyi bildirilir. Britaniya və Fransanın rəhbərlik etdiyi “istəkli koalisiya”nın üzvü olan ölkələrin yüksək rütbəli hərbi zabitləri Böyük Britaniyanın Northwood şəhərində yerləşən daimi birgə qərargahında bu qüvvənin fəaliyyət mexanizmlərini müzakirə edəcəklər. Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Lyuk Pollard bildirib ki, bu koalisiyanı “inandırıcı qüvvə” kimi formalaşdırmaq istəyirlər. Onun sözlərinə görə, bu qüvvə Ukraynaya davamlı sülhə nail olmaq, eləcə də yenidən qurulmaq və silahlanmaq imkanı verəcək.

Paylaş:
Baxılıb: 514 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30