Türkiyə mürəkkəb sınaq qarşısında...
04.06.2013 [00:41]
Qardaş ölkədə baş verən hadisələr spontan xarakter daşımır, həmçinin, müəyyən güc mərkəzlərinin siyasi iradəsi və strateji planları əsasında cərəyan edir
Məlum olduğu kimi, İstanbulun Əsgər Ocağı Caddəsi adlandırılan hissəsində yerləşən “Gezipark”da ağacların kəsilməsi, AKP hakimiyyətinin dünyaca məşhur “Taksim” meydanı ilə bağlı planları Türkiyə cəmiyyəti tərəfindən kəskin etirazla qarşılanıb. Artıq bir neçə gündür ki, hüquq-mühafizə orqanları ilə əhali arasında qarşıdurma səngimir. Toqquşmalar nəticəsində iki minə yaxın adamın saxlanıldığı, yüzlərlə yaralının olduğu bildirilir. Məlumatlara görə, aksiyanın qarşısının alınmasına çalışan polis su şırnaqları, gözyaşardıcı qaz, rezin güllələr və digər vasitələrdən geniş istifadə etməkdədir. Hazırda ölkənin 67 şəhərində İstanbula dəstək aksiyaları keçirilir.
Öz növbəsində, asayiş keşikçiləri ilə nümayişçilər arasında başlanan qarşıdurma bir sıra gerçəklikləri növbəti dəfə aşkara çıxardı. Həmin gerçəkliklərin ictimaiyyətə çatdırılması və proseslərin perspektivinə dair yekun qənaətin ifadə olunması üçün isə bir neçə suala cavab verilməsi zəruridir:
- Baş verən qarşıdurmanın əsasında hansı motivlər durur, olayların arxasındakı güc kimlərdən ibarətdir?
- Türkiyə ictimaiyyətini manipulyasiyaya məruz qoyan, kütləvi qeyri-şüuri davranışı şərtləndirən hadisələrin perspektivi necə olacaq?
- Ortaya atılmış “Ərəb baharı” ssenarisi iddiası nə dərəcədə doğrudur?
- Məlum hadisələr niyə məhz bu dönəmə təsadüf edir?
Etirazçıların tələbi nədir?
Baş verən hadisələrin xarakteristikası, səsləndirilən fikir və bəyanatlar onu deməyə əsas verir ki, əslində, bu, bir-iki ağac və ya “Taksim” meydanı məsələsi deyil. Ekspertlərin də vurğuladığı kimi, etiraz aksiyası artıq siyasi çalar alaraq ölkəni islamlaşdırmaqda ittiham edilən Ərdoğan hakimiyyətinə qarşı çevrilib. Müşahidələr göstərir ki, etirazçılar ölkənin demokratik dəyərlərdən uzaqlaşdığını və islamlaşmaya doğru yuvarlandığını bildirirlər. Başqa sözlə, əhalinin kütləvi şəkildə islamlaşdırılması, Konstitusiyada müvafiq dəyişikliklər, İslam normalarına uyğun qadağaların tətbiqi Türk elitasını, qərbmeylli ziyalı təbəqəni, həmçinin, gəncləri hiddətləndirib.
Hadisələrin əsasında duran motivlər və arxasındakı güclər...
Şübhəsiz, qardaş ölkədə baş verən hadisələr spontan xarakter daşımır, həmçinin, müəyyən güc mərkəzlərinin siyasi iradəsi və strateji planları əsasında cərəyan edir. Bəlli olduğu kimi, dünya siyasətinin hegemon güc mərkəzi kimi çıxış edən aktorlar Avrasiya subregionunda əhəmiyyətli təsir mexanizmləri əldə etmək və bəlli nüfuz zonalarında möhkəmlənmək üçün müxtəlif strateji ssenarilər icra edirlər. Bu planlar sırasında Türkiyəyə birbaşa aidiyyatı olan “Böyük Ortadoğu Projesi” (“The Greater Middle East Project” Türkiyə dairələri tərəfindən bu, BOP adlandırılır) xüsusi yer tutur. Məlumat üçün qeyd edək ki, Böyük Ortadoğu Projesi 2000-ci ildən aktuallıq qazanan strateji konsepsiyadır. Onun əsasında Yaxın və Orta Şərqi bütövlükdə ələ keçirmək və əyalətə çevirmək məqsədi dayanır. Şimali Afrikadan Cənubi Asiyaya qədər olan geniş bir ərazini əhatə edən, böyük bir coğrafiyanı özündə birləşdirən bu konsepsiyanın reallaşdırılması ilə Yaxın və Orta Şərq bilavasitə nəzarət altına alınacaq ki, bu da bütövlükdə, Avrasiyanın ələ keçirilməsi demək olacaq. Çünki layihə çərçivəsinə 23 ölkə daxildir ki, bunların da hər biri mühüm geosiyasi önəm kəsb edir. Yəni, bu konsepsiyanın reallaşdırılması ilə mühüm sərmayə məkanları - mərkəzləri, bazarlar və strateji tranzit məntəqələr ələ keçiriləcək. Bununla da, hegemon güclərin dənizaşırı imperialist genişlənməsinin təməlini təşkil edən “Böyük Avrasiya imperatorluğu konsepsiyası” həyata keçiriləcək. Qeyd etmək lazımdır ki, BOP-un təməl prinsiplərindən birini də sərhəd problemlərinin aradan qaldırılması, o cümlədən, “etnik kart”dan səmərəli istifadə olunması təşkil edir.
Məhz qardaş ölkədə baş verən hadisələr də elə bir tarixi dövr ərzində ortaya çıxıb ki, bu zaman müddətində Qərbin strateji konsepsiyalarının, o cümlədən, BOP-un reallaşdırılması yönündə atılan addımlar olduqca intensivləşib. Dolayısıyla, Türkiyədə baş qaldıran bu etiraz dalğası Qərb dairələri tərəfindən dəstəklənir və qızışdırılır.
Məhz bu gün Türkiyə ictimaiyyətini kütləvi qeyri-şüuri davranışa sövq edən güclər qardaş ölkədə “etnik kart” üzərindən ssenarilər gerçəkləşdirməyə çalışanlardır. Əlbəttə ki, Türkiyənin milli dövlət kimi funksionallığının zəiflədilməsi, etnik kataklizmlərin ortaya çıxması, həmçinin, Türkiyə üzərindən geostrateji planların gerçəkləşdirilməsi artıq uzun müddətdir ki, aktuallıq kəsb edir. Məhz bütün bu strateji planların fonunda ictimai şüurun manipulyasiya edilməsi, ictimaiyyətin kütləvi qeyri-şüuri davranışa vadar olunması sadalanan məqsədlərin gerçəkləşdirilməsi istiqamətində növbəti mərhələni təşkil edir.
Türkiyəni nə gözləyir?
Baş verən hadisələrə münasibətdə “Ərəb baharı” ssenarisi Türkiyədə təkrarlana bilər” ifadəsinin işlədilməsi ictimai şüurun manipulyasiyaya məruz qoyulmasına xidmət etməkdən başqa əhəmiyyət kəsb etmir və bu, müəyyən güclərin provakasiyası kimi səciyyələndirilməlidir. Bunu isə iki səbəblə əlaqələndirmək olar: Birincisi, Türkiyə üzərindən müəyyən strateji ssenariləri gerçəkləşdirməyə çalışan güc mərkəzləri hazırkı dönəmdə qardaş ölkəyə yönəlik hər hansı bir çevriliş və ya xaos planı nəzərdə tutmayıblar. Baş verən proseslər, səsləndirilən bəyanatlar indiki mərhələdə bunu deməyə əsas verir. İkincisi, Türkiyə ictimaiyyətinin dünyagörüşü, intellektual potensialı və hadisələrə yanaşması ərəb ölkələrindəkindən tamamilə fərqlənir. Həmçinin, qardaş ölkənin gerçək demokratik keçmişi mövcuddur və bu ənənələr bu gün də mühafizə olunmaqdadır.
Azərbaycan ictimaiyyəti qardaş ölkədəki dağıdıcı proseslərdən narahatdır
Əlbəttə ki, burada diqqət yetirilməsi zəruri olan əsas məsələ cəmiyyət nümayəndələrinin provokasiya və propoqandalar qarşısında müqavimət göstərə bilmələridir. Mövcud emosinal situasiyanın fonunda qarşıdurmanı şiddətləndirəcək hallara yol verilməsi ictimai-siyasi kataklizmləri alovlandıran faktor kimi çıxış edəcəkdir.
Şübhəsiz, Azərbaycan ictimaiyyəti qardaş Türkiyədə baş verən bu hadisələri narahatlıqla izləyir. Xarici ekspertlərlə yanaşı, azərbaycanlı siyasi şərhçilər də Türkiyənin ictimai-siyasi həyatında baş verən reqressiv dəyişikliklərin aradan qaldırılmasını, dialoq mühitinin formalaşdırılmasını, hakimiyyətin narazı kütlələrin rəyini nəzərə almasını problemin həllində çıxış yolu kimi qiymətləndirirlər.
NURLAN QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxSosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30

