Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Primorsk-Axtarsk” aerodromuna zərbə endirilməsini təsdiqləyib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Primorsk-Axtarsk” aerodromuna zərbə endirilməsini təsdiqləyib

06.02.2025 [22:37]

Fevralın 6-na keçən gecə Krasnodar diyarında “Primorsk-Axtarsk” hərbi aerodromuna zərbələr endirilib. Partlayışdan sonra obyektdə yanğın başlayıb. Əməliyyat Ukrayna SQ-nin (USQ) Pilotsuz Sistemlər Qüvvələri ilə Ukrayna Müdafiə Qüvvələrinin digər bölmələrinin birgə fəaliyyəti çərçivəsində keçirilib.

Bu barədə AZƏRTAC USQ Baş Qərargahına istinadla xəbər verir.

Hərbi strukturdan qeyd edilib ki, Rusiyaya məxsus “Primorsk-Axtarsk” aerodromu aviasiya vasitələrinin operativ baza obyektidir.

“Obyekt “Shahed” PUA-ların saxlanması, hazırlanması və Ukrayna ərazisi istiqamətinə buraxılması üçün istifadə edilir. Burada, həmçinin Zaparojye və Xerson əyalətlərində tapşırıqları yerinə yetirən aviatexniki vasitələrə xidmət göstərilir”, - deyə Baş Qərargahdan bildirilib.

Zərbələrin hədəfə dəydiyi və partlayış baş verdiyi təsdiqlənib, həmçinin yanğın baş verib.

Baş Qərargahdan vurğulanıb ki, Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi obyektlərə zərbələrin endirilməsi üzrə əməliyyatlar davam edəcək.

Paylaş:
Baxılıb: 589 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30