Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İtaliyada dəmir yolu işçiləri tətil edirlər

İtaliyada dəmir yolu işçiləri tətil edirlər

25.01.2025 [16:18]

İtaliyada dəmir yolu nəqliyyatında milli tətil elan olunub.

AZƏRTAC xəbər verir ki, bu sahədə fəaliyyət göstərən həmkarlar ittifaqlarının qərarı ilə dəmir yolu işçiləri birgünlük tətil ediblər.

Tətil paytaxt Romada, eləcə də digər böyük şəhərlərdə dəmir yolu nəqliyyatının hərəkətinə mənfi təsir göstərib. Bəzi şəhərlərarası və regional qatarlar ləğv edilib, uzunmüddətli gecikmələr qeydə alınıb. Böyük şəhərlərdə mərkəzi qatar stansiyalarında sərnişin sıxlığı yaranıb, bu, sərnişinlər arasında narahatlıq və təşvişə səbəb olub.

İtaliyanın “Trenitalia” şirkəti tətil səbəbindən şəhərlərarası, regional qatarların tam və qismən ləğv olunduğunu açıqlayıb. Sərnişinlərə səfərlərin vaxtını dəyişdirmək və stansiyalara getməzdən əvvəl məlumatları dəqiqləşdirmək tövsiyə edilib.

Paylaş:
Baxılıb: 568 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30