Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edib

Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edib

21.01.2025 [10:09]

ABŞ Prezidenti Donald Tramp Meksika ilə milli sərhəddə fövqəladə vəziyyətin elan edilməsinə dair fərman imzalayıb.

AZƏRTAC-ın məlumatına görə, bu fərmana əsasən Tramp administrasiyası ABŞ ordusundan qeyri-qanuni immiqrasiyaya qarşı mübarizədə istifadə etmək, transmilli dəstələrlə və narkotik ticarəti ilə mübarizə aparmaq, həmçinin qanunsuz miqrantların kütləvi deportasiyasını həyata keçirmək niyyətindədir.

Yeni prezident Oval ofisdə eyni zamanda qanuni statusu olmayam miqrantların yeni doğulmuş övladlarına vətəndaşlığın verilməsinin dayandırılmasına dair də fərman imzalayıb.

Qeyd edək ki, inauqurasiyadan dərhal sonra ABŞ sərhəd orqanları əvvəlki Prezident Co Baydenin vaxtında olan “CBP One” tətbiqinin bağlandığını açıqlayıb. Həmin tətbiq onlayn görüş təyin edərək miqrantların ABŞ-a qanuni şəkildə daxil olmasını təmin edirdi.

Paylaş:
Baxılıb: 467 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31