Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyədə rekord şaxtalar: çaylar və göllər buz bağlayıb

Türkiyədə rekord şaxtalar: çaylar və göllər buz bağlayıb

05.01.2025 [10:17]

Yeni ilin başlaması ilə Şərqi Anadolu havaların kəskin soyuqlaşması dövrünə qədəm qoyub.

AZƏRTAC xəbər verir ki, yanvarın 4-nə keçən gecə Ərzurum vilayətinin Tekman rayonunda termometrlər rekord mənfi 33,1 dərəcəni göstərir.

Türkiyənin Meteorologiya Baş İdarəsi Ərzurumun Hacıomer kəndini “son 24 saatda ölkədəki ən soyuq nöqtə” elan edib.

Çaylar və göllər buz bağlayıb. Əhaliyə zərurət olmadıqca küçəyə çıxmamaq tövsiyə olunub.

Ardahan vilayətinin Gölə rayonunda 28,8 dərəcə şaxta, Ərzincanın Çayırlı rayonunda mənfi 27,8, Vanda Çaldıran rayonunda mənfi 26,6, Sarıqamışda (Qars) mənfi 22,1 dərəcə şaxta qeydə alınıb.

Türkiyənin şərqində şiddətli şaxtalar yanvarın 8-dək müşahidə ediləcək.

Paylaş:
Baxılıb: 467 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31