Cənubi Koreya tarixində ilk: Prezidentin həbsinə order verilib
31.12.2024 [16:55]
Cənubi Koreya məhkəməsi hərbi vəziyyət rejimindən sonra qiyama cəhddə şübhəli bilinən Prezident Yun Sok Yol haqqında istintaq qrupunun tələbi ilə həbs orderi verib.
AZƏRTAC xəbər verir ki, ölkədə hərbi rejim elanından sonra parlamentin qərarı ilə vəzifəsindən uzaqlaşdırılan və haqqında qiyama cəhd şübhəsi ilə istintaq başlayan Prezidentin ofisində də axtarış aparılmasına qərar verilib. İstintaq qrupu Prezidentin dəqiq nə vaxt saxlanılacağını bildirməsə də, order 1 həftə qüvvədə olur. Bu, Cənubi Koreya tarixində prezident haqqında verilən ilk həbs orderidir.
Birgə istintaq qrupu Prezident Yun Sok Yolun həbsinə order almaq üçün dekabrın 30-da Seul məhkəməsinə müraciət edib. Qrup ifadə vermək üçün 3 dəfə sorğu göndərsə də, Prezident bunlara məhəl qoymayıb. İstintaq qrupunun məhkəməyə order üçün müraciət etməsindən bir neçə saat sonra Prezident yazılı ifadəsini istintaqa göndərib.
Qeyd edək ki, Prezident Yun Sok Yol müxalifəti qiyam təşkilinə yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Amma müxalifətin üstünlük təşkil etdiyi parlamentin Prezidentdən hərbi vəziyyətin ləğvi ilə bağlı qətnamənin qəbulundan sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Müxalif Demokratiya Partiyası başda olmaqla, müxalifət bununla kifayətlənməyərək Prezidentin impiçmenti prosesinə start verib. Dekabrın 7-də parlamentdə impiçmentin səsə qoyulması hakim partiyanın boykotu səbəbindən yetərsay olmadığı üçün baş tutmayıb.. Amma dekabrın 14-də hakim partiyanın deputatlarının bir neçəsinin dəstəyi ilə 2-ci cəhddə impiçment baş tutub. Ondan sonra qiyama cəhd şübhəsi ilə istintaq başlayıb. Bir neçə yüksək vəzifəli hərbçi saxlanılıb.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26

