Bir coğrafiyadan digərinə...
18.12.2024 [08:31]
Beynəlxalq Miqrant Günüdür!
Miqrasiya və miqrantlar mövzusu müasir dünyada geniş müzakirələrə səbəb olan aktual məsələdir. Miqrasiya insanların fərdi və ya kütləvi şəkildə bir coğrafiyadan digər coğrafi məkana köç etməsi, orada məskunlaşması, işləməsi mənasını verən beynəlxalq termindir. Baş verən müxtəlif siyasi və iqtisadi proseslər miqrasiyanın, xüsusilə sosial-iqtisadi miqrasiyanın genişlənməsinə təsirsiz ötüşmür. Qanuni və qanunsuz, beynəlxalq və ölkədaxili, könüllü və məcburi, daimi və müvəqqəti, ailə birliyi və “beyin axını” kriteriyaları ilə təsnifatlaşdırılan miqrasiyanın coğrafiyası və həcmi genişlənib. Hətta son dövrlər miqrasiyanın yeni tipləri - yüksək təsnifatlı kadrların miqrasiyası və çox vaxt qanunsuz miqrasiyaya əsas verən ixtisassız şəxslərin miqrasiyası formalaşıb. Məcburi miqrasiya tendensiyası da artıb. Hər dövlətin bu prosesi milli maraqlar, miqrasiya qanunları ilə tənzimləməsi son dərəcə vacib məsələdir. Bu bəşəri prosesin genişlənməsinin əsasında müxtəlif səbəblər durur. Səbəblər isə sosial-iqtisadi, mədəni-siyasi, etnik-dini məqamlarla bağlı məcburi və ya könüllü xarakterlidir.
Demoqrafik proseslərin formalaşmasında...
Bu gün miqrasiya bütün dünyada sosial dəyişikliklərin bir faktoru kimi diqqət çəkir. Söz yox ki, miqrasiya demoqrafik proseslərin formalaşmasında mühüm rol oynayır və əhalinin etnik-mədəni tərkibini yaradır. Reallıq budur ki, bu gün beynəlxalq münasibətlər sistemində miqrasiya geosiyasəti artıq yeni formalaşan bir istiqamət statusu qazanıb.
Yeri gəlmişkən, bu gün bütün dünyada Beynəlxalq Miqrant Günüdür. 1990-cı il 18 dekabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edib. İlk beynəlxalq miqrantlar günü ilə bağlı tədbirlər Filippinin paytaxtı Maniladakı BMT binasında - yerli idarəçilər, xarici diplomatlar və beynəlxalq sivil quruluşlarının nümayəndələri tərəfindən keçirilib. 2000-ci ildə isə BMT Baş Assambleyası Konvensiyanın qəbul olunduğu günü Beynəlxalq Miqrant Günü elan edib. Azərbaycan bu Konvensiyaya 1998-ci ildən qoşulub.
Azərbaycanın miqrasiya siyasəti
1993-cü ildən etibarən ölkəmizdə miqrasiya sahəsində ardıcıl tədbirlər görülüb, qanunvericilik təkmilləşdirilib. İqtisadi inkişafın və sabitliyin təmin olunması, neft layihələrinin gerçəkləşməsi xarici investorların və əməkçi miqrantların ölkəmizə axınına səbəb olub.
Ötən əsrin 90-cı illərində Heydər Əliyevin başçılığı altında Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə milli, müstəqil miqrasiya siyasəti həyata keçirilməyə başlayıb. Bu tarixi bir nailiyyət idi. Çünki sovetlər dönəmində respublikaların miqrasiya spesifikası nəzərə alınmırdı. Ümumi siyasi ideoloji xətt əsasında bir çox azsaylı xalqların məcburi deportasiyası da sovet dönəmində baş verən hallardan idi. Əvvəllər deportasiya olunaraq Gürcüstana, oradan da Orta Asiya Respublikalarına köçürülən məshəti türkləri 1989-cu ildə Özbəkistanda baş vermiş münaqişə nəticəsində Azərbaycana pənah gətirdi. 1989-1991-ci illər ərzində onların sayı 51 649 nəfər təşkil edirdi.
Bu cür fövqəladə miqrasiya vəziyyətində tarixi nailiyyət olan suveren Azərbaycanın müstəqillik taleyi də, demək olar ki, həm də miqrasiya siyasətinin təməllərini düzgün müəyyənləşdirməkdən birmənalı şəkildə asılı idi. 1990-cı illərdə miqrasiya siyasəti sahəsində qəbul olunan qanunlar, verilən fərmanlar, imzalanan beynəlxalq sənədlər, miqrasiyanın idarə olunması ilə bağlı milli strategiyanın müəyyənləşməsi diqqəti cəlb edir.
Xüsusilə qeyd etmək lazımdır ki, hazırda dövlətimiz BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində üzərinə götürdüyü öhdəliklərə tam və vaxtında əməl edir. O cümlədən, Azərbaycan BMT-nin Miqrasiya Təşkilatı ilə mütəmadi əməkdaşlıq edərək qoşulduğu Konvensiyanı yerinə yetirmək, həmçinin miqrasiya məsələsinə qlobal miqyasda yanaşmağı özünə prioritet seçib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə ardıcıl tədbirlər görülür. Azərbaycanın miqrasiya sahəsindəki siyasəti ölkənin sosial-iqtisadi maraqlarının qorunması ilə yanaşı, miqrantların həyat və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına, onların hüquqlarının müdafiəsinə yönəlib.
Ən çox miqrant olan ölkələr
Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) rəsmi hesabatlarında dünyanın ən çox miqrant olan on ölkəsi açıqlanıb. Hesabata əsasən, dünyada ən çox miqrant olan ölkələr arasında birinci yerdə ABŞ dayanır. Belə ki, hal hazırda bu ölkədə 50,6 milyondan çox miqrant yaşamaqdadır.
İkinci yerdə isə 15,8 milyon miqrantla Almaniya qərarlaşıb. Qəribə olsa da üçüncü yerdə Səudiyyə Ərəbistanı Krallığıdır ki, burada miqrant sayı 13,5 milyon təşkil edir.
Dördüncü yerdə 11,6 milyon miqrantla Rusiya, beşinci yerdə 9,4 milyon miqrantla Böyük Britaniya qərarlaşıb. Sürətlə inkişaf etməkdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 8,7 milyon miqrantla altıncı sırada yer alır.
Miqrant sayına görə, Fransa 8,5 milyon miqrantla yeddinci, Kanada 8 milyon miqrantla səkkizinci sıradadır. 7,7 milyon miqrantla doqquzuncu yerdə Avstraliya yer alıb. 10-cu yerdə isə 6,8 milyon miqrantla İspaniya qərarlaşıb.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

