Böyük Britaniyada “Darragh” qasırğası nəticəsində iki nəfər ölüb
08.12.2024 [23:49]
Böyük Britaniyada “Darragh” qasırğasının yaratdığı güclü küləklər səbəbindən iki nəfər həyatını itirib.
AZƏRTAC xəbər verir ki, Lankaşir qraflığının Lonqton şəhəri yaxınlığında, A59 magistral yolunda hərəkətdə olan mikroavtobusun üzərinə ağac aşaraq 40 yaşlı sürücünün ölümünə səbəb olub. Bənzər hadisə Birminqemin Erdinqton bölgəsində baş verib. Burada da ağacın avtomobilin üzərinə düşməsi nəticəsində bir nəfər həlak olub.
Qasırğa zamanı bəzi bölgələrdə küləyin sürəti saatda 100 milə (təxminən 160 km/saata) çatıb. Nəticədə İngiltərənin qərb bölgələri və Uelsdə 250 mindən çox insan elektrik enerjisiz qalıb. Həmçinin, idman tədbirləri təxirə salınıb, bəzi uçuş reysləri ləğv edilib.
Hazırda İngiltərə, Uels və Şotlandiyanın cənub bölgələrində güclü küləklərlə bağlı sarı hava xəbərdarlığı qüvvədədir. Şimal-şərqi İngiltərədə isə yağışla bağlı ayrıca xəbərdarlıq edilib. Ətraf Mühit Agentliyi tərəfindən 65 daşqın xəbərdarlığı və 152 daşqın ehtimalı elan edilib. Bu səbəbdən əhali səyahət planlarını diqqətlə nəzərdən keçirməyə və hava proqnozlarını izləməyə çağırılıb.
Qasırğanın təsirləri nəticəsində bəzi bölgələrdə evlərin dam örtükləri zədələnib, ağaclar kökündən çıxıb və yollar bağlanıb. Mütəxəssislər belə hava şəraitində ehtiyatlı olmağı və zəruri olmadıqca evdən çıxmamağı tövsiyə edirlər.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58

