İnternetin 50 yaşdan yuxarı kişilərin psixi sağlamlığına müsbət təsiri sübut olunub
08.12.2024 [12:22]
Sosial media və internetin uşaqlar və gənclərin psixi sağlamlığına mənfi təsir göstərə biləcəyini iddia edən çoxsaylı tədqiqatlar mövcuddur. Bununla belə, son araşdırmalar internetin 50 yaşdan yuxarı insanlar üçün əks təsir göstərdiyini də ortaya qoyub.
AZƏRTAC “The Independent” nəşrinə istinadla xəbər verir ki, elmi jurnallardan biri olan “Nature Human Behaviour”da dərc olunan tədqiqatın nəticələrinə əsasən, internetdən istifadənin 50 yaşdan yuxarı insanların həyat keyfiyyətini artırdığı və depressiya simptomlarını azaltdığı müşahidə edilib. Bu genişmiqyaslı tədqiqat çərçivəsində 23 ölkədən 87 min 559 nəfərin 6 il ərzində internet istifadəsi vərdişləri izlənilib. Tədqiqatda iştirak edən şəxslərin internetdən istifadə tezliyi və istifadənin məqsədi araşdırılıb. İnternetdən istifadəyə yalnız sosial şəbəkələrdə vaxt keçirmək deyil, eyni zamanda, məlumat axtarmaq, elektron poçt göndərmək, onlayn alış-veriş etmək kimi fəaliyyətlər də daxil edilib.
Bu nəticələr həftədə bir dəfədən az internetə daxil olan iştirakçılar üçün də keçərli olub. Bundan başqa, ABŞ, Böyük Britaniya və Çin kimi ölkələrdə internetdən daha tez-tez istifadə edən iştirakçılarda psixi sağlamlığı göstəricilərinin daha yüksək olduğu qeydə alınıb.
Tədqiqatın həmmüəllifi Qingpeng Zhang bu nəticələri belə izah edir: “Bu faydaların ölkələr arasında uyğunluq göstərməsi, internetin psixi sağlamlığını yaxşılaşdırmaq üçün qlobal səviyyədə təsirli vasitə olma potensialını nümayiş etdirir”.
Tədqiqat göstərib ki, 65 yaşdan yuxarı, tənha yaşayan və sosial əlaqələri zəif olan şəxslər internetin müsbət təsirlərindən daha çox faydalanırlar. Bu şəxslər internet vasitəsilə sosial əlaqələr qurur, dostları və ailə üzvləri ilə ünsiyyətdə olur, yeni bacarıqlar öyrənir və ya öz maraq dairələrinə uyğun cəmiyyətlərə qoşulurlar.
Araşdırma internetin gənclərlə müqayisədə yaşlı insanlara fərqli təsir etdiyini üzə çıxarıb. Avstraliyanın Curtin Universitetindən, tədqiqatda iştirak etməyən Patrick Klarke, 50 yaşdan yuxarı insanların internetdəki mənfi təsirlərdən daha az təsirləndiyini bildirib: “50 yaşdan yuxarı şəxslər, gənclər arasında yayılmış, özünü başqaları ilə müqayisə etmə və sosial təzyiqlərə məruz qalma dövrünü artıq geridə qoymuş olurlar. Bu yaş qrupundakı insanlar internetdən özlərini təsdiqlətmək məqsədilə deyil, dostları və ailəsi ilə əlaqə qurmaq, yeni biliklər əldə etmək və ya maraq dairələrinə uyğun mühitlərə qoşulmaq üçün istifadə etməyi üstün tuturlar.
Tədqiqatçılar hər nə qədər internetdən istifadənin müsbət təsirlərini vurğulasalar da, üz-üzə ünsiyyətin vacibliyini də diqqətə çatdırırlar. Böyük Britaniyanın Tənhalıq Araşdırmaları Mərkəzinin direktoru professor Andrea Viqfild bu barədə belə deyir: “İnternet istifadəsini tamamilə eyni və dəyişməz təsir göstərən bir fenomen kimi görməməliyik. İnterneti uyğun və ölçülü şəkildə istifadə etdikdə, insanları bir-birinə bağlayan vasitəyə çevrilə bilər. Amma unutmayaq ki, tənhalığı azaltmaq üçün üz-üzə, mənalı qarşılıqlı əlaqələrin əvəzini verə bilməz”.
Bu tədqiqat internetin müxtəlif yaş qruplarına fərqli təsir etdiyini ortaya qoyur. 50 yaşdan yuxarı insanlar üçün internet təkcə sosial əlaqə vasitəsi deyil, həm də psixi sağlamlığını yaxşılaşdıran bir alətə çevrilir. Lakin bu təsirlərin səbəb-nəticə əlaqəsi tam təsdiqlənməsə də, tədqiqatçılar bu yaş qrupundakı şəxslərin internet vasitəsilə tənhalıq hissindən qurtula bildiklərini düşünürlər. Bu tapıntılar internetin yalnız gənc nəslə deyil, həm də daha yaşlı istifadəçilərə müsbət təsir göstərə biləcəyini deyir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 17:15
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19

