Qlobal müharibə yaxınlaşır...
28.11.2024 [09:05]
NATO müharibə deyir, Rusiya isə təmkinlə susur...
Ukraynanın ABŞ-ın icazəsi və “ATACMS” raketləri ilə Bryanska hücumu müharibənin gedişini daha da intensivləşdirdi. Bu hücumlara cavab olaraq Rusiyanın Dneprdəki sənaye müəssisəsinə “Oreşnik” ballistik raketi ilə zərbə endirməsi, nüvə doktrinasını yeniləməsi müharibənin qlobal müstəviyə keçid təhlükəsi formalaşdırır. Artıq Avropanın bəzi dövlətlərinin də Kiyevə onların silahlarından istifadə etməklə hücuma başlamasına razılıq verməsi münaqişənin mahiyyəti qədər coğrafiyasına, sərhədlərinə də təsir göstərə bilər. hətta hərbi ekspertlər baş verənləri NATO-nun aktiv şəkildə müharibəyə qoşulması kimi izah edir.
NATO-da “hücum” mesajı...
Bu da səbəbsiz deyil. NATO cəbhəsindən yayılan xəbərlər bu mənada perspektivin heç də xoş olmadığını göstərir. Blokun hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer Brüsseldə keçiridyi mətbuat konfransında NATO-nu münaqişə vəziyyətində Rusiyaya qarşı qabaqlayıcı zərbələr endirməyə çağırıb. Bauer deyib ki, alyans ölkələri ilə silahlı münaqişə baş verəcəyi təqdirdə, Rusiya ərazisinə qabaqlayıcı yüksək dəqiqlikli zərbələr” endirilməsi müzakirə edilməlidir. O, NATO-nun müdafiə alyansı kimi mahiyyətinə münasibətini dəyişməsini müsbət adlandırıb. O, “oturub hücum gözləmək” əvəzinə, vaxtında cavab verilməsinə tərədar olduğunu deyib. “Gözləmək yox, Rusiyanın hücumuna qarşılıq olaraq buraxılış qurğularını vurmaq daha ağıllı hərəkətdir. Bizə hücum etmək üçün istifadə olunan sistemləri sıradan çıxaracaq dəqiq zərbələrin kombinasiyası işlənilməlidir və biz ilk növbədə zərbə endirməliyik”, - deyə komitə rəhbəri bildirib. Bauerin sözlərinə görə, NATO hazırki vəziyyətdə tükənmiş silah ehtiyatlarını yenidən doldurmalı, hava hücumundan müdafiə və dəqiq zərbə sistemlərinə sərmayə qoymalıdır.
Rusiya döyüşmək istəmir...
Vurğulanmalıdır ki, Rusiya tərəfi dəfələrlə NATO ilə döyüşmək planlarının olmadığını bildirib. Prezident Vladimir Putin şəxsən alyansla toqquşmaq istəmədiyindən danışıb - o bildirib ki, Rusiyanın NATO ölkələri ilə döyüşmək üçün nə bir səbəbi, nə geosiyasi, nə iqtisadi, nə siyasi marağı yoxdur. Rusiyanın nüvə doktrinasını yeniləməsinə gəldikdə isə, Kreml bu addımı da Co Baydenin Ukraynanın Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadə etmə icazəsindən sonra atıb.
NATO əsgərləri Rusiyada vuruldu...
Yayılan xəbərlərə görə, NATO geyimində olan bir neçə hərbçi rusiyalı hərbçilər tərəfindən vurulub. RİA Novosti bununla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, “Axmat” xüsusi təyinatlı dəstəsinin “Aida” qrupunun pilotsuz uçuş aparatının ekipajı Kursk vilayətinin Sudjanski rayonundakı meşə plantasiyasında NATO geyimində olan bir qrup hərbçini məhv edib. “Aida” qrupunun kəşfiyyatı PUA-dan istifadə edərək Sudjanski rayonundakı meşə zolaqlarından birində bir qrup yaraqlının hərəkətini aşkar edib. PUA operatoru agentliyin müxbirinə bildirib ki, rus qırıcıları silahlıların NATO geyimində meşə plantasiyasına qaçdığını görüblər. Xatırladaq ki, hazırda gərgin döyüşlərin getdiyi Kursk vilayətinə Ukrayna avqustun əvvəlində daxil olub.
Qlobal müharibə kimə sərf edir?
Qərbli siyasi ekspertlər indiki halda, NATO-nun Rusiya ilə açıq döyüşə girmə perspektivinin pozitiv nəticələr vəd etməyəcəyindən şübhələnirlər. Xüsusilə, bəzi Qərbi Avropa dövlətlərinin, eləcə də ABŞ-ın müttəfiq ölkələrinin Rusiya ilə münasibətlərində yeni ştrixlərin yaranması, əlaqələrin bərpası yönündə mesajların səslənməsi, hətta telefon danışıqlarının edilməsi birbaşa müharibə təmasını istisna edir. Bildirilir ki, NATO-nun Rusiya ilə açıq müharibəyə girməsi üçün BMT TŞ üzvü olan ölkələrin əksəriyyətinin razılığı, ən azı neytrallığını qoruması ilə bağlı rəyi olmalıdır. Bunun olmadığı təqdirdə NATO-nun Rusiyaya açıq döyüş “təklifi” Qərb üçün müsbət heç nə vəd etmir. Bu gün dünya iqtisadiyatının və hərbi gücünün mühüm hissəsini təşkil edən “qarşı tərəf” NATO üçün asan hədəf deyil...
NATO-nun Rusiya ilə açıq müharibəyə girməsi üçün BMT TŞ üzvü olan ölkələrin əksəriyyətinin razılığı, ən azı neytrallığını qoruması ilə bağlı rəyi olmalıdır. Bunun olmadğı təqdirdə NATO-nun Rusiyaya açıq döyüş “təklifi” Qərb üçün müsbət heç nə vəd etmir.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxGündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09

