Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazaxıstanda partlayış nəticəsində 3 nəfər ölüb

Qazaxıstanda partlayış nəticəsində 3 nəfər ölüb

17.11.2024 [13:49]

Qazaxıstanın Akmola vilayətində keçmiş məsciddə baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, ərazidə dəfn mərasimi keçirilən zaman partlayış baş verib.

“Nəticədə 1978-ci il təvəllüdlü kişi ölüb. Xilasedicilər dağıntılar altından 1983-cü il təvəllüdlü qadının və 2012-ci il təvəllüdlü uşağın cəsədlərini tapıblar”, - deyə Akmola vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidmətinin məlumatında bildirilir.

Bütün zərərçəkənlər təcili tibbi yardım briqadaları tərəfindən Astana şəhər xəstəxanasına çatdırılıb. Hadisə yerində 30-a yaxın xilasedici və beş xüsusi texnika işləyir. Dağıntıların təmizlənməsi prosesi davam edir.

İnsidentin səbəbini müəyyən etmək üçün Akmola vilayətinin prokurorluğu və Astana Fövqəladə Hallar İdarəsinin tədqiqat-sınaq yanğın laboratoriyası tərəfindən təhqiqat aparılır.

Paylaş:
Baxılıb: 592 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30