Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Conatan Pauel Britaniyanın yeni milli təhlükəsizlik müşaviri təyin edilib

Conatan Pauel Britaniyanın yeni milli təhlükəsizlik müşaviri təyin edilib

09.11.2024 [22:49]

Keçmiş Baş nazir Toni Bleyrin köməkçisi və Şimali İrlandiya sülh prosesinin əsas vasitəçilərindən biri olan Conatan Pauel Britaniyanın yeni milli təhlükəsizlik müşaviri təyin edilib.

AZƏRTAC xəbər verir ki, o, 2022-ci ildən bu vəzifəni icra edən Tim Barrounu əvəz edəcək. Conatan Pauel Böyük Britaniyanın Xarici İşlər Nazirliyində 10 il diplomat kimi xidmət edib və ötən əsrin 60-cı illərinin sonlarından başlayaraq 30 il davam edən, Şimali İrlandiyada baş verən zorakılıqlara son qoyan “Yaxşı Cümə Sazişi”nin memarlarından biri olub.

O, təcrübəli bir diplomat olaraq Donald Trampın yeni administrasiyası ilə əlaqələrin qurulmasında və Böyük Britaniyanın Yaxın Şərqdə və Ukraynada gedən müharibələrə dair mövqeyinin formalaşdırılmasında mühüm rol oynayacaq.

Paylaş:
Baxılıb: 625 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30