Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniyalı diplomat İran XİN-ə çağırılıb

Almaniyalı diplomat İran XİN-ə çağırılıb

01.11.2024 [22:34]

Almaniyanın İrandakı müvəqqəti işlər vəkili AFR hakimiyyətinin ölkədəki hər üç İran konsulluğunu bağlamaq qərarı ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.

AZƏRTAC IRNA agentliyinə istinadla xəbər verir ki, XİN-in sözçüsü Almaniya hökumətinin İran konsulluqlarını bağlamaq qərarını əsassız addım adlandırıb. O əlavə edib ki, İranın Frankfurt, Hamburq və Münxendəki konsulluqlarının əsas funksiyası Almaniyada yaşayan iranlılara lazımi konsulluq xidmətləri göstərmək, onların maraqlarını dəstəkləməkdir. Buna görə də Berlinin qərarı Almaniyadakı iranlılar üçün lüzumsuz problemlər yaradır və onların əsas hüquqlarını pozur.

İran-Almaniya vətəndaşı Cəmşid Şarməhdin edam edilməsinə cavab olaraq oktyabrın 31-də rəsmi Berlin Almaniyadakı hər üç İran konsulluğunu bağlamaq qərarına gəlib.

Beləliklə, İranın Almaniyada səfirlikdən başqa heç bir diplomatik nümayəndəliyi olmayacaq.

Paylaş:
Baxılıb: 606 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30