İlon Maskın seçkiqabağı vədi ilə bağlı təhqiqat aparıla bilər
21.10.2024 [15:09]
ABŞ-ın Pensilvaniya ştatının qubernatoru Coş Şapiro bazar günü, oktyabrın 20-də hüquq-mühafizə orqanlarını amerikalı sahibkar İlon Maskın seçki gününə qədər hər gün Trampı dəstəkləyən bir nəfərə 1 milyon dollar verəcəyi vədi ilə bağlı araşdırma aparmağa çağırıb.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Mask şənbə günü Pensilvaniya ştatının Harrisburq şəhərində Donald Trampa dəstək aksiyasının iştirakçısına 1 milyon dollarlıq çek təqdim edib.
Çoş Şapiro NBC-nin “Meet the Press” verilişində deyib: “Aydındır ki, Mask öz fikirlərini ifadə etmək hüququna malikdir. O, Donald Trampı dəstəklədiyini çox açıq şəkildə bildirdi. Mən onun bu hüququnu inkar etmirəm, amma siz siyasətə bu cür pullar tökməyə başlayanda, düşünürəm ki, bu, ciddi suallar doğurur”. Qubernator bildirib ki, Maskın Pensilvaniyada qeydiyyatdan keçmiş seçicilərə pul vermək planı ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır.
Daha əvvəl Mask söz azadlığını dəstəkləmək və silah gəzdirmək hüququnu qorumaq üçün petisiyasını imzalayanlara hər gün 1 milyon dollar verəcəyini açıqlamışdı. Milyarder özünə məxsus “X” sosial şəbəkəsində yazıb: “Sizin yalnız Konstitusiyaya dəstək petisiyamızı imzalamanız lazımdır”.
Bazar günü İlon Mask Pittsburqda keçirilən mitinqdə bir qadına ikinci 1 milyon dollarlıq çek təqdim edib.
Hədiyyələrin qanuniliyi çox güman ki, yaxın günlərdə araşdırılacaq.
İnsanları səs verməyə və ya qeydiyyatdan keçməyə sövq etmək və ya mükafatlandırmaq məqsədi ilə pul ödəmək ABŞ-da həbs müddəti ilə cəzalandırılan federal cinayətdir. Ədliyyə Departamentinin seçki cinayətləri ilə bağlı təlimatında deyilir ki, qadağa təkcə nağd pul xərclərinə deyil, içki və ya lotereya əmsalı kimi pul dəyəri olan hər şeyə şamil olunur.
Xəbər lenti
Hamısına baxHadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59

