Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İspaniyada İŞİD qruplaşmasının iki üzvü həbs olunub

İspaniyada İŞİD qruplaşmasının iki üzvü həbs olunub

19.10.2024 [22:53]

İspaniyanın şimalında İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına mənsub olmaqda şübhəli bilinən iki nəfər həbs edilib.

AZƏRTAC xəbər verir ki, İspaniya polisi və Mərakeş Milli Ərazi Nəzarəti Baş İdarəsinin birgə məlumatına görə, şübhəlilər İtsasondo və Avil şəhərlərində saxlanılıblar.

Bu ilin əvvəlindən şübhəlilər ciddi şəkildə izlənilirdi. Onlar əvvəlcə sosial şəbəkələrdə İŞİD-i, zorakılıq və terrorizmi təbliğ edən mesajlar yazdıqları üçün diqqəti cəlb ediblər.

İspaniya polisi Mərakeş Milli Ərazi Nəzarəti Baş İdarəsinin dəstəyindən istifadə edərək artıq bir neçə terrorçunu yaxalayıb.

Paylaş:
Baxılıb: 591 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30