Banqladeş məhkəməsi sabiq baş nazirin həbsinə order verib
17.10.2024 [14:41]
Banqladeş Beynəlxalq Cinayətlər Məhkəməsi hökumət əleyhinə kütləvi etirazlardan sonra ölkəni tərk edən sabiq baş nazir Şeyx Hasinanın həbsinə order verib.
AZƏRTAC xəbər verir ki, bunu məhkəmənin baş prokuroru Tacul İslam jurnalistlərə deyib. Onun sözlərinə görə, Şeyx Hasina həbs olunaraq noyabrın 18-də məhkəmə qarşısına çıxarılmalıdır. Sabiq hökumət başçısı iyul-avqust aylarında kütləvi qırğınlar və əhaliyə qarşı cinayətlər törədən şəxslərə rəhbərlik etməkdə ittiham olunur.
Beynəlxalq Cinayətlər Məhkəməsi Şeyx Hasinadan başqa, “Avami Liqası” partiyasının üzvləri də daxil olmaqla, daha 44 nəfərin həbsinə order verib.
“Təqsirləndirilən şəxslər son dərəcə nüfuzlu insanlardır. Onlar həbs edilməsə hərtərəfli araşdırma aparmaq mümkün olmayacaq”, - deyə Tacul İslam bildirib.
Banqladeşin hüquq-mühafizə orqanları sabiq hökumət başçısının ölkəyə qaytarılması üçün “İnterpol”dan yardım istəmək niyyətindədir.
Qeyd edək ki, Şeyx Hasina avqustun 5-də hökumət əleyhinə nümayişlər fonunda baş nazir postundan istefa verərək Hindistana sığınıb. Etiraz aksiyaları zamanı ölkədə 700-dən çox insanın həlak olduğu bildirilir. Avqustun 8-də Banqladeşdə Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunisin rəhbərliyi ilə müvəqqəti hökumət fəaliyyətə başlayıb.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31

